Bill Qeyts yenə də dünyanın ən varlı adamıdır
Tarix: 03.03.2016 | Saat: 01:27:00 | E-mail | Çapa göndər


“Forbes” jurnalı 30-cu yubiley reytinqini dərc edib. “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts jurnal tərəfindən növbəti dəfə dünyanın ən varlı adamı seçilib. O, 75 milyard dollarla milyarderlərin reytinq siyahısına başçılıq edir.
“İnterfax” informasiya agentliyi xəbər verir ki, nəşr son 22 ildə Qeytsi 17 dəfə dünyanın ən varlı insanı seçib. “Forbes” 2015-ci ildə “Microsoft” kompaniyasının qurucusunun nəinki ən varlı adam olduğunu, həmçinin planetimizin ən nüfuzlu insanları siyahısında 6-cı yerdə qərarlaşdığını da xatırladıb. 2016-cı ilin ən varlı insanları reytinqində 2-ci yerdə 64,5 milyard dollar varidatı ilə “Inditex” kompaniyasının qurucusu 79 yaşlı ispaniyalı Amansio Orteqa, 3-cü yerdə isə 60,8 milyard dollar vəsaiti olan 85 yaşlı investor Uorren Baffet qərarlaşıb.
Telekommunikasiya sahəsində varidat toplayan 76 yaşlı meksikalı Karlos Slim Elu bu dəfə 50 milyard dollar vəsaitlə iki pillə geriləyərək 4-cü sıraya düşüb. Siyahıda 5-ci yeri 45,2 milyard dollar vəsaitlə “Amazon” şirkətinin banisi 52 yaşlı Ceff Bezos tutub. Reytinq siyahısında növbəti 3 mövqeni müvafiq olaraq 2014-cü ildə 16-cı yerdə qərarlaşan “Facebook” sosial şəbəkəsinin banisi 31 yaşlı Mark Sukerberq (44,6 milyard dollar), “Oracle” kompaniyasının qurucusu 71 yaşlı Larri Ellison (43,6 milyard dolar) və “Bloomberg” informasiya agentliyinin baş direktoru 74 yaşlı Maykl Blumberq (40 milyard dollar) bölüşür. Dünyanın ən varlı insanlarının reytinq siyahısında top 10-luğu isə 80 yaşlı Çarlz və 75 yaşlı Devid Kox qardaşları qapayır. Onların hər birinin varidatı 39,6 milyard dollar həcmində qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
16.09.2020
Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
16.09.2020
Ayaqları kəsilən Rüstəm Nəbiyev inanılmazı bacardı - VİDEO
14.09.2020
Diş ağrısı niyə gecələr başlayır?
14.09.2020
Kibertəhlükəsizliyə dair təcrübəsini artırmaq istəyənlər üçün ödənişsiz vebinar keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info