Fransada mühacir düşərgələri dağıdılır
Tarix: 03.03.2016 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Fransanın şimalında Calaisdə Suriya, İraq və Əfqanıstandan olan təxminən 6 min mühacirin qaldığı çadırların dağıdılması prosesi dünən də davam edib. Buldozerlə sökülən çadırlar və mühacirlərin çadırlarda qalan əşyaları zibil konteynerlərinə yüklənib.
Qeyd edək ki, bir gün əvvəl də etirazçılarla təhlükəsizlik gücləri arasında yaranan gərginliyə görə düşərgənin boşaldılmasına ara verilmişdi. Dövlət şurasının qərarı olmadan çadırları dağıtmağa gələn polisə etiraz edən bəzi mühacirlər qaldıqları çadırları yandırıb. Türkiyənin NTV kanalı xəbər verir ki, yanğının söndürülməsi zamanı dağıtma əməliyyatının davam etdirilməsi düşərgədə gərginlik yaradıb. Polis mühacirlərə qarşı gözyaşardıcı qaz, təzyiqli su və dəyənəkdən istifadə edib. Bölgəyə əlavə təhlükəsizlik gücləri göndərilib. Çadırların dağıdılması əsnasında bəzi mühacirlər, "Biz terrorist deyilik, evlərimizi yıxmayın", "Avropada azadlıq axtarıram, amma heç yox" yazılan plakatlarla səssiz etiraz ediblər. Bu etirazçılara İngiltərədən bəzi fəallar da qatılıb. Polis “vəhşi meşə” adlanan bölgədə təhlükəsizlik tədbirlərini artırıb. Calais La Manş boğazının sahilində yerləşir. Mühacirlər İngiltərəyə keçmək üçün bu şəhərdə öz səyləri ilə düşərgə qurublar. Mühacirlərə dəstək üçün Calaisə gedən könüllülər hökumətin bu addımını tənqid ediblər. Rəsmilər isə çarəsiz durumda olduqlarını bildirirlər. Xatırladaq ki, Lill İdarə Məhkəməsi ötən həftə düşərgənin cənub hissəsinin sökülməsi qərarını təsdiqləmişdi. Ancaq bölgədəki mühacir dərnəkləri qərardan Dövlət Şurasına şikayət edib. Dövlət Şurası hələ qərarını elan etməsə də bəzi mühacirlər düşərgəni tərk etməyə başlayıb. Onu da əlavə edək ki, insan haqları təşkilatları Calaisdə mühacirlərə qeyri-insani münasibətə görə Fransanı qınayır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
ABŞ Rusiyanın “ən təhlükəli“ döyüş gəmisi haqqında
19.10.2019
Paşinyanin müttəfiqləri niyə narazidirlar?
19.10.2019
Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və...
19.10.2019
Ukrayna əhalisinin sayı azalır
18.10.2019
Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günlərinə start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info