Rusiya neft hasilatını yanvar səviyyəsində saxlayacaq
Tarix: 03.03.2016 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Rusiya neft şirkətlərinin rəhbərləri hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində saxlamaq barədə razılığa gəliblər. Prezident Vladimir Putinin ölkənin başlıca neft-qaz şirkətlərinin rəhbərləri ilə Kremldə keçirdiyi görüşün nəticəsi belədir.
Görüş iştirakçıları OPEK ölkələri ilə razılaşmaya riayət etmək və neftin qiymətini nisbətən yüksək səviyyədə saxlamaq üçün bu qərara gəliblər. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, hazırda bazarda neft həddindən artıq çoxdur və qiymətlər il yarım ərzində üç dəfə aşağı düşüb. O, eyni zamanda bildirib ki, neftin qiymətinin dondurulması haqqında OPEK üzrə tərəfdaşlarla, hələlik qəti razılıq əldə edilməyib. Nazir deyib: “Biz vəziyyəti araşdırdıqdan sonra digər ölkələrlə danışıqları davam etdirəcəyik”. Qeyd edilib ki, 15-dən artıq neft istehsalçısı olan ölkə hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağa razılıq verib və bu razılaşma energetika nazirləri səviyyəsində rəsmiləşdirilməlidir. OPEK ölkələri və neft bazarının digər iştirakçıları ilə növbəti danışıqların bu ay keçirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
İzvestiya: Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info