Sumqayıtda İranla birgə əczaçılıq zavodu tikiləcək
Tarix: 03.03.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


İranlı nazir:
“İran və Azərbaycan arasında əlaqələr strateji xarakterdədir və biz bu əlaqələri önəmli hesab edirik”
“Gələn həftə İranın Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər zamanı keçiriləcək görüşlərdə Sumqayıtda birgə əczaçılıq zavodunun tikilməsi məsələsi müzakirə ediləcək”.
Bu haqda yerli mətbuata açıqlama verən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, zavodun tikintisi haqqında tərəflər arasında memorandum imzalanıb. İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi APA-ya bildirib ki, İran tibb və səhiyyə xidmətləri sahəsində Azərbaycanla birgə layihələr həyata keçirməyə hazırdır. O bildirib ki, Azərbaycan tərəfi maraqlı olarsa, İranın sərhədyanı Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində müştərək sərmayələr yatırıla bilər: “Biz Bakıda da bu sahədə iş görməyə hazırıq. Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıyıq və bunun üçün azərbaycanlı dostlarımızın qərar verməsi kifayətdir”. H. Qazizadə Haşimi Azərbaycana tibb və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində dəstək verməyə hazır olduqlarını da vurğulayıb: “Düşünürəm ki, Azərbaycan da müxtəlif sahələrdə bizə yardım edə bilər və bu əməkdaşlıq ikitərəfli əməkdaşlıq olacaq. Dost və qardaş olan İran və Azərbaycan arasında əlaqələr strateji xarakterdədir və biz bu əlaqələri önəmli hesab edirik. Heç bir şey İran və Azərbaycan münasibətlərinə təsir göstərə bilməz”.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Misir ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər sürətlə inkişaf edir
16.09.2019
Türkiyənin Vitse-prezidenti Fuat Oktay “ASAN xidmət“ mərkəzi ilə tanış olub
16.09.2019
Sivil meydanı qoyub, anti-konstitusion üsulları seçənlər...
16.09.2019
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalanıb
16.09.2019
Azərbaycan XİN Özbəkistanın Türk Şurasına üzv olması qərarı ilə əlaqədar bəyanat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info