“CONNECT” internet tariflərində endirim etdi
Tarix: 03.03.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunda daim yeniliklər tətbiq edən “CONNECT” şirkəti cari ilin mart ayının 1-dən etibarən abunəçilərə təqdim olunan internet tariflərində endirim tətbiq edib. Belə ki, internet xidməti üzrə tariflərdə müvafiq endirim həm ADSL, həm də fiber-optik internet xidmətinə şamil olunub. Göstərilən tarixdən etibarən şirkətin internet xidmətinin abunəçiləri ADSL və fiber-optik internet xidməti üzrə yenilənmiş tariflərlə daha yüksək sürət əldə edə biləcəklər.
Eyni zamanda bu dəyişikliklər şirkətin İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilərinə də şamil olunmuşdur. Yenilənmiş tariflərdən sonra 2 m.bit/s ADSL internet və TV xidməti (Standart paket) birlikdə TV aylıq abunə haqqında 50 faiz endirim tətbiq olunmaqla 17 AZN-ə təqdim olunacaq. Həmçinin abunəçilər digər 4, 6, 8, 10 m.bit/s və s. internet tariflərini seçməklə güzəştli İnternet+TV tarifi çərçivəsində xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, “İnternet+TV xidməti güzəştlə” adlı güzəştli tarif planına əsasən İnternet+TV xidmətini birlikdə əldə edən abunəçilər TV xidməti üzrə aylıq abunə haqqında 50%-ə qədər güzəşt əldə edirlər.
Yeni tariflər haqda ətraflı məlumatı abunəçilər www.connect.az saytından, 159 Məlumat Mərkəzindən və ya şirkətin sosial şəbəkələrdə mövcud profillərindən www.facebook.com/CONNECT.LTD, www.instagram.com/connect_az, www.twitter.com/connectaz də edə bilərlər.




Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info