Hollandiya bankı Azərbaycanla bağlı proqnoz verib
Tarix: 03.03.2016 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək”
Hollandiyanın “ING Bank”ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.
Bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.
“ING Bank”ın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.
Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik balışına” malikdir.
“ING Bank”ın analitikləri hesab edirlər ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.
2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.
Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Həsən Ruhani və Donald Trump görüşü gündəmdə yoxdur“
16.09.2019
“Saudi Aramco“ya qarşı hücumda İraq ərazisindən istifadə edilməyib“
16.09.2019
“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi”
16.09.2019
Bakının xilası Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədiliyinə əyani sübutdur
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info