Mərc oyunlarına nəzarət Gənclər və İdman Nazirliyindən alınır
Tarix: 03.03.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, komitə sədri Fuad Muradovun sədrliyi ilə keçirilən iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 
Qanunun 53-1.5-ci maddəsində “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilir. Bildirilib ki, bununla idman mərc oyunları mərc oyunlarına nəzarət qeyd olunan müvafiq icra qurumundan alınaraq yeni yaradılmış Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.
Qeyd edək ki, müvafiq icra orqanı burada Gənclər və İdman Nazirliyidir. Qanuna əlavə edilən 53-1.7 maddədə isə bildirilir ki, “İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”.
İclasda deputat Adil Əliyev bildirib ki, nəzarətin Gənclər və İdman Nazirliyində qalması daha səmərəli olardı.
Deputatlar Şahin İsmayılov və Naqif Həmzəyev isə çıxış edərək bildiriblər ki, dəyişiklik şəffaflığa xidmət etməlidir. N. Həmzəyev nəzarət orqanının ildə bir dəfə parlamentə hesabat verməsini təklif edib və təklif qeydə alınıb.
Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub. 




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info