Dövlət Sərhəd Xidmətində “Valideyn günləri”
Tarix: 03.03.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətində (DSX) “Valideyn günləri” keçiriləcək.
Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çərçivəsində keçirilən “Valideyn günləri” şəxsi heyətin təlim-tərbiyəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icrasına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.
“Valideyn günləri”ndə qonaqlara öncə hərbi hissə barəsində ümumi məlumat verilir, valideynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Nümunəvi xidmət edən əsgərlər fəxri fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların valideynlərinə «Təşəkkür məktubları» təqdim edilir.
Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar etdikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir.
Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xidmət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir.
“Valideyn günləri” mart ayının 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
AZAL Ankara və Antalya şəhərlərinə xüsusi reyslər həyata keçirməyə başlayır
23.09.2020
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır
23.09.2020
Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir
23.09.2020
Prezident İlham Əliyev: Balaxanı kəndinin yeni dövrü başlayır
23.09.2020
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
2 Ətli dovğa
3 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
4 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
5 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info