“Martın 2-dən 2019-cu ilədək əhalinin əmanətləri tam sığortalanır“
Tarix: 03.03.2016 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


"2016-cı il martın 2-dən 2019-cu ilə qədər banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır".
Bunu Əmanətlərin Sığortalanması Fondunun sədri Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Əgər əmanətçi martın 1-ə qədər xarici valyuta ilə 12%-lə 10 000 dollar vəsait yerləşdirilibsə, bir il müddətinə bu əmanətçinin müddəti bitənədək əmanəti qorunur və sığortalanır. Əgər əmanətçinin yerləşdirdiyi əmanətinin manat ekvivalentində həddi 30 min manatı aşarsa, bu zaman həmin aşılan hədd sığortlanmır. 1 mart 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir".
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının martın 1-də keçirilən növbədənkənar iclasında qəbul olunmuş qərara (Protokol № 66) əsasən 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 12% müəyyən edilib.
Martın 1-dən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 il müddətində tam sığortalanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info