Dövlət Komitəsi müsabiqə elan edir
Tarix: 03.03.2016 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin 93 illiyi münasibətilə “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusunda məqalə müsabiqəsi elan edir.
Müsabiqəyə ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühit, o cümlədən əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məqalələr göndərilə bilər. Həmçinin müasir dövrdə ölkəmizdə müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətini, bu sahədəki Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur. 
Kriteriyalar
 - Məqalə innovativ və əhatəli olmalıdır;
- Müsabiqə elan olunduqdan sonra qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);
- Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;
- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim edilməlidir.
 
1.    Mükafat
I yer – 500 AZN
II yer –  400 AZN
III yer – 300 AZN
Hər biri 100 AZN olmaqla üç həvəsləndirici mükafat.
 
3. Müsabiqənin müddəti:  3 mart – 20 aprel 2016-ci il
Əlaqə telefonları: (012) 437 31 15 / (012) 492 65 23
E-mail: scwra.2001@gmail.com / Ünvan: Bakı şəhəri, Əhməd Cavad 12 

Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info