Prezident ADNSU əməkdaşını fəxri adla təltif edib
Tarix: 03.03.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dosenti Gülarə Bayramova Prezidentin (1 mart 2016-ci il) sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub. Təltifçilər sırasında ölkəmizin ictimai mədəni həyatında, elm və təhsilində səmərəli fəaliyyət göstərən 8 qadının adı yer alıb. 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsində verilən Fəxri adlar qadınlarımız üçün ən gözəl hədiyyə olub. Rektor Mustafa Babanlı “Əməkdar mühəndis” fəxri adı alması münasibəti ilə Gülarə Bayramovanı qəbul edib və ona universitetin kollektivi adından təbriklərini çatdırıb. Rektor Gülarə xanımın timsalında qadınlara verilən fəxri adları dövlətin əməyə verdiyi yüksək qiyməti kimi dəyərləndirib. G.Bayramova rektorla görüşdə Prezidentə xüsusi təşəkkürünü ifadə etməklə yanaşı, məhz ADNSU əməkdaşı kimi fəxri ad almasından qürur duyduğunu və bu adın onun üçün ən gözəl bayram hədiyyəsi olduğunu deyib. Qeyd edək ki, dosent Gülarə Bayramova Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsini əla qiymətlərlə bitirib, təyinatla Milli Elmlər Akademiyasının Geologiya institutunda əmək fəaliyyətinə başlayıb və yüksək ixtisaslı mühəndis kimi 2001-ci ildə Kura Valley - Karasu əməliyyat şirkətində aparıcı geoloq vəzifəsində işləyib. Sonradan ADNSU-nin nəzdində olan “Neftin, qazın geotexnoloji problemləri və kimya” elmi-tədqiqat institutunda elmi fəaliyyətini davam etdirib. Hazırda «Neftin fizikası və böhran halın termodinamikası" problem laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır və eyni zamanda pedaqoji iş aparır. Gülarə xanımın elmi fəaliyyət sahəsi - neft-qaz və qaz yataqları axtarışının geoloji-geofiziki və geokimyəvi amillərinin və üsullarının işlənib hazırlanmasıdır. O, mürəkkəb məsələlərin müstəqil olaraq yüksək elmi və metodik səviyyədə həlli, eləcə də müxtəlif planlı tədqiqatların nəticələrinin ümumiləşdirilməsi bacarığı ilə fərqlənən alimdir. ADNSU-nin əməkdaşları Gülarə xanımı təbrik edərək, Azərbaycan alimlərinin, qadınlarının əməyinə yüksək qiymət verdiyinə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info