Macarıstanda siyasi partiya Xocalı ilə bağlı açıqlama yayıb
Tarix: 03.03.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Macarıstan parlamentində təmsil olunan ikinci böyük siyasi partiya - Daha Yaxşı Macarıstan Uğrunda Yobbik Partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı press reliz yayıb.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri  tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Dağlıq Qarabağmünaqişəsindən bəhs edən bu mühüm sənəd ölkənin aparıcı KİV-lərində dərc edilib.
Press-relizdə Azərbaycan xalqının 1988-ci ildə elan olunmamış müharibə nəticəsində erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubluğa görə 83 nəfəri uşaq, 106 nəfəri qadın olmaqla, 613 nəfər dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur. Ermənistanın bu gün də Azərbaycanın torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı sənəddə, törədilən qanlı cinayətlərə baxmayaraq, Azərbaycanın münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsilə həllinə çalışdığı bildirilir. 
Yobbik Partiyası ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə qınadığını, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişəni həlli  və uzunmüddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirib. Sənəddə eyni zamanda Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilir. 
Partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü münasibətilə Azərbaycana rəhbəri olduğu partiyanın kədər və təəssüfünü çatdırmağı xahiş edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info