Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib
Tarix: 03.03.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib.
Sessiyada AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və fəaliyyətindən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Birinci Türkoloji Qurultay dövrünün möhtəşəm hadisələrindən biri olub, burada çox mühüm ortaq məsələlər müzakirə edilib. Türkdilli xalqlar içərisində ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib, XX əsrdə türkologiyaya ən geniş baxış bu qurultayda nümayiş olunub. Bu mötəbər tədbirin formatında ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, burada türk xalqlarının inkişafı və onların həyatında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı olan qərarı xüsusi qeyd etmək lazımdır. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, milli-mənəvi birliyinin möhkəmlənməsində çox böyük əhəmiyyətə malik olan tarixi hadisədir.
Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2016-cı il 18 fevral tarixli Sərəncamını yüksək dəyərləndirib. Bildirib ki, bu il Bakıda türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq və bununla bağlı AMEA-da bir sıra tədbirlər keçiriləcək.
Tədbirdə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Birinci Türkoloji Qurultayın çağırışları və qarşıda duran vəzifələr”, akademik Teymur Kərimli “Birinci Türkoloji Qurultayın fəxri nümayəndəsi Əli bəy Hüseynzadə” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə qurultayın tarixindən, fəaliyyətindən və əhəmiyyətindən danışılıb.
Vurğulanıb ki, Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Səkkiz gün davam edən bu mötəbər tədbirdə müxtəlif ölkələrdən 131 nümayəndə iştirak edib, 17 iclas keçirilib, yeddi əsas problem müzakirə olunub və ümumilikdə 38 məruzə dinlənilib. Qurultayda əsas müzakirəyə çıxarılan ortaq türk xalqlarının dili, tarixi və ədəbiyyatı məsələləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Qeyd olunub ki, bu ilin oktyabrında ölkəmizdə Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiriləcək.
Tədbirdə elmi ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info