“Mançester Yunayted Futbol Məktəbi“nə növbəti seçim
Tarix: 03.03.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “Mançester Yunayted Futbol Məktəbi"nin istedadlar qruplarına qəbul prosesinə start verib. Şirkətdən bildirilib ki, seçim 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında martın 15-də saat 15:00-da, “Bayıl Arena” stadionunda keçiriləcək. Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud boş yerlərə uşaqlar cəlb olunacaq. Seçimlərdə iştirak etmək istəyənlər http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçməli, “Şəxsiyyəti təsdiq edən sənəd” və “Sağlamlıq haqqında arayış”ı təqdim etməlidirlər. Bu proseslə bağlı əlavə məlumatları (+994) 55 511 33 03 və Muss@affa.az əlaqə vasitələrindən əldə etmək olar. Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər Böyük Britaniyadan ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər- Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə həftədə iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlığı ilə təmin olunurlar. Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu var.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Qaret Beyl yenidən “Tottenhem”də
19.09.2020
Pirlodan Suares açıqlaması
19.09.2020
“Barselona“nın müdafiəçisi Premyer Liqa klubuna keçir
18.09.2020
“Messini transfer etməyə çalışmamışam“ - Qvardiola
18.09.2020
“Yuventus“ İquainlə yolları ayırdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info