Koreyalı səfir BDU-da olub
Tarix: 03.03.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Kim Çanq-gyu Bakı Dövlət Universitetində (BDU) olub.
Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Öncə şərqşünaslıq fakültəsinin Koreya dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə mühazirə oxuyan səfir sonra rektor, akademik Abel Məhərrəmovla görüşüb.
Səfirə fəaliyyətində uğurlar arzulayan rektor universitetin tarixi, beynəlxalq əlaqələri, birlik və assosiasiyalardakı işindən danışıb.
Universitetdə Koreya dili və ədəbiyyatının yüksək səviyyədə tədris edildiyini deyən rektor, bu işdə Koreyadan dəvət olunmuş müəllimlərlə yanaşı, yerli müəllimlərin xidmətini qeyd edib, Kim Çanq-gyunun bu əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Rektor həmçinin universitetin Koreya Mərkəzinin fəaliyyətindən danışıb və onun Azərbaycanla Koreya arasında körpü rolunu oynadığını qeyd edib.
Səfir Kim Çanq-Gyu, öz növbəsində, Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib və əməkdaşlığın inkişafı üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info