Radioterapiya alan xəstələrə xəbərdarlıq
Tarix: 04.03.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Radioterapiya alan xərçəng xəstələri üçün qoruyucu tədbirlərin görülməsi, xəstənin müalicə müddətini sağlam bir şəkildə tamamlamasına köməkçidir. Bu barədə Memorial Diyarbakır Xəstəxanasının Radiasiya Onkologiyası bölməsindən Dr. Azad Ozan Şeşeoğulları Türkiyə mediasına məlumat verib.
O, radioterapiya alan xəstələrə 8 əhəmiyyətli xəbərdarlıq edib:
“Radioterapiyaya başladıqdan sonra həkimə müalicədən əvvəl istifadə edilən bütün dərmanlar haqqında məlumat verilməlidir. Müalicəyə başladıqdan sonra da fərqli dərmanlar istifadə edilməsi lazımdırsa, mütləq bu dərmanlar haqqında radioterapiya mütəxəssisi ilə məsləhətləşilməlidir.
Radioterapiya xəstələri müalicədən əvvəl və sonra kifayət qədər istirahət etməli, ehtiyac duyduğunda yatmağa çalışmalıdır. Çünki bədən müalicə müddətində çoxlu enerji itirəcək. Buna görə xəstənin yorğun düşməsi normaldır. Yorğunluq hissi müalicə bitəndən sonra belə, 4-6 həftəyə qədər davam edə bilər”.

“Bədəni sıxmayan rahat geyimləri seçin”
Xüsusilə müalicə sahəsinə yaxın bölgələri sıxan, dar, neylon geyimlərdən qaçılması lazım olduğunu izah edən Şeşeoğulları bildirib ki, pambıq parçadan, geniş, rahat, sıxmayan paltarlar seçilməlidir: “Sağlam qidalanma çox əhəmiyyətlidir. Kilo itkisini önləyəcək şəkildə balanslı bir qidalanma planı hazırlanmalıdır. Yeməklərin tez-tez və az halda qəbul edilməsi doğru olacaq. Səssizlik, sakitləşdirici musiqilər, gecə lampası kimi elementlərdən faydalanmaq olar. Bu müddətdə bir diyetoloqdan məsləhət alınması ən doğru variantdır.”

“Tökülən saçlara görə narahat olmayın”
Müalicənin tətbiq olunduğu bölgədəki tüklərin müalicə sonuna doğru tökülə biləcəyini deyən A.Ozan bunları qeyd edib: “Bu, yalnız radioterapiya şüasının edildiyi bölgəni əhatə edər. Bədənin digər qisimlərinə təsir etmir. Bu səbəblə hər hansı bir stress yaşamamalı və tüklərin tökülməsinin qarşısını alacaq bir cəhd edilməməlidir. Müalicədən sonra bədən yenə köhnə halına dönəcək. Müalicə müddətində dəri həssaslaşdığı üçün həkim məsləhəti olmadan, sabun, lasyon, ətir, dezodorant və bənzər kosmetik məhsullar istifadə edilməməlidir. Çimərkən dəri sürtülməməli, ilıq su ilə duş alınmalıdır. Təraş olarkən elektrikli maşınlardan istifadə edilməli və tüktökücü kremlərdən uzaq dayanılmalıdır. Günəş şüalarından qorunmalı, çölə çıxmaq lazım olsa, səhər erkən saatları və ya axşam Günəş batdıqdan sonrakı vaxtlar seçilməlidir. Həkim nəzarətində Günəşdən qoruyan kremlərdən istifadə etmək olar.”

“Həkimlə daimi ünsiyyətdə olun”
Radioterapiyanın çox diqqət tələb edən bir müalicə müddəti olduğuna da diqqət çəkən Şeşeoğulları son olaraq bunları məsləhət bildi: “Bu müddəti daha sağlam keçirə bilmək üçün həkim və ya tibb bacısı ilə həmişə ünsiyyətdə olunmalı, hər hansı bir sual, ya da şübhə olarsa, lazımlı cavablar alınmalıdır. Xərçəng müalicəsi alan xəstələr depressiv, əsəbi, həssas, tək ya da çarəsiz bir psixoloji durumda ola bilər. Xəstələr özünə yaxın hiss etdiyi bir ailə üzvü, dost, tibb bacısı və ya psixoloqla hislərini bölüşə bilər.”
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info