Telekanallarda dərmanların reklamı ilə bağlı monitorinqlər başlayıb
Tarix: 25.02.2013 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurası (MTRŞ) dünəndən ölkə telekanallarında dərman vasitələrinin reklamına nəzarət məqsədilə monitorinqlərə başlayıb. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə edilən son dəyişiklərdən sonra telekanallarda yalnız Səhiyyə Nazirliyi tərəfindən reklamına icazə verilən dərman vasitələri reklam olunmalıdır: “Bu məsələ “Dərman vasitələri haqqında” qanun qəbul olunanda ortaya çıxmışdı. O zaman biz Səhiyyə Nazirliyinə məktub göndərdik ki, bizə reseptsiz buraxılan dərmanların siyahısını göndərsinlər ki, buna uyğun olaraq hansı dərmanların reklamına icazə verildiyini bilək. O zaman SN-dən bildirildi ki, bu dərmanların sayı çoxdur, buna görə də onlar siyahı təqdim etmədilər və həmin məsələ açıq qaldı. Amma bir neçə gün əvvəl Səhiyyə Nazirliyi tərəfindən MTRŞ-ya məktub göndərilib. Həmin siyahıda 11 dərmanın adı var. Bu dərmanlar reklam oluna bilər. Biz həmin dərmanların siyahısını operativ surətdə bütün telekanallara göndərmişik”. Şura sədri deyib ki, artıq bununla bağlı MTRŞ-nın monitorinq şöbəsinə tapşırıq verilib: “Telekanallarda yalnız həmin dərmanların reklamına icazə veriləcək. Qalan dərmanların reklamı isə qanunauyğun olmadığı üçün bununla bağlı tədbir görüləcək, həmin dərmanın reklamı dayandırılacaq. Bu reklamı verən televiziya şirkətinə isə xəbərdarlıq ediləcək və ya cərimə tətbiq olunacaq”. N. Məhərrəmli qanunverciliyə edilən son dəyişiklikdən sonra özəl klinikaların reklamının məhdudlaşmasına da münasibət bildirib: “Şura qanunvericiliyə əsasən fəaliyyət göstərir. Qanunvericilikdə özəl klinikaların reklamına Səhiyyə Nazirliyinin rəy verməsi nəzərdə tutulursa, Şura bu rəyi nəzərə alacaq. Özəl klinikalar Səhiyyə Nazirliyinin verəcəyi rəy əsasında reklam olunacaq. Bu sahədə koordinasiya olmalıdır. Biz tibb sahəsində mütəxəssis olmadığımıza görə bu işlərə rəy verə bilmərik. Səhiyyə Nazirliyi həmin klinikaların siyahısını MTRŞ-ya göndərməlidir”.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
22.10.2019
Bakıda 380 binanın dam örtüyünün təmirinə başlanılıb
22.10.2019
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22.10.2019
“Əldə etdiyimiz nailiyyətlər bizi qələbəyə daha da yaxınlaşdırır”
22.10.2019
Səfər Mehdiyev Yevlaxda vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info