Naxçıvanda 30 min hektardan çox sahədə taxıl əkilib
Tarix: 11.03.2016 | Saat: 14:56:00 | E-mail | Çapa göndər
Strateji ərzaq məhsulu olan taxıla tələbatın Naxçıvan Muxtar Respublikasında daxili imkanlar hesabına ödənilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsində ötən ilin payızında cari ilin məhsulu üçün 26 min 792 hektar sahədə buğda, 3 min 506 hektar sahədə arpa olmaqla, ümumilikdə, 30 min 298 hektar sahədə taxıl əkini aparılıb.
Bu ilin fevral ayında əkilmiş 30 min 298 hektar taxıl sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə dövlət büdcəsindən 1 milyon 514 min 900 manat subsidiya ödənilib. Torpaq mülkiyyətçilərinə əkdikləri taxıl sahələrinə görə dövlət vəsaiti hesabına azot gübrəsinin verilməsi isə başa çatdırılıb. Hazırda sahələrdə gübrə səpini aparılır.
Ötən dövrdə muxtar respublikada məhsuldarlığın intensiv amillər hesabına artırılmasına xidmət edən tədbirlər həyata keçirilib. “Araz” Elm-İstehsalat Birliyi tərəfindən muxtar respublikanın iqlim şəraitinə uyğun taxıl sortlarının müəyyənləşdirilməsi, torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işlərinin aparılması, mütərəqqi əkin və suvarma metodlarının tətbiqi bol məhsul istehsalına imkan verir.
Muxtar respublikada yeni emal müəssisələrinin, dəyirmanların işə salınması, taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi bu sahəyə olan marağı daha da artırıb. Hazırda muxtar respublikada tutumu 27 min tonluq uzunmüddətli və 43,4 min tonluq qısamüddətli taxıl anbarları, 17 taxıl emalı müəssisəsi fəaliyyət göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hər il Naxçıvana yeni kənd təsərrüfatı texnikaları gətirilərək lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılır. Xüsusilə müasir kombaynlardan istifadə olunması məhsul tədarükünün mütəşəkkil qaydada təşkilinə imkan verir.
“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası taxılçılıq sahəsində də məhsul istehsalının artmasına səbəb olub.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
22.05.2018
İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib
22.05.2018
Xaçmaz məktəbliləri yararsız enerji batareyalarını niyə toplayır?
21.05.2018
Şəhid hərbçimiz Ağstafada dəfn olunub
21.05.2018
Gəncədə Dilqəm Əhmədin imza günü keçirilib
20.05.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 93 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9295

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
4 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
5 “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info