Külli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alınıb
Tarix: 28.03.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğundan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şifahi sorğu-sual edilib.Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, gömrük orqanına mütləq bəyan edilməli əşyalarının olmadığını bildirən həmin şəxsin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin vətəndaşın boynuna taxılmış vəziyyətdə, qızıla oxşar metaldan hazırlanan zəncir, həmin zəncirə kulon şəklində keçirilmiş, kustar üsulla hazırlanan və gümüşü rəngə boyadılan metal parçası, sağ qolundan şifahi, yazılı, elektron formada bəyan olunmayan 1 ədəd qızıla oxşar metaldan hazırlanmış, gümüşü rəngə boyadılmış qolbaq aşkar edilib. Zəncirə kulon şəkilində keçirilmiş metal parçasının hansı materialdan hazırlandığı sualına isə o, qeyri-səmimilik göstərərək gümüşdən olduğunu bildirib.
Lakin keçirilən ekspertiza gömrükçülərin şübhələrini təsdiqləyib və həqiqəti üzə çıxarıb. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən tədqiqata təqdim olunan 1 ədəd zəncirin metalı 750 əyarlı qızıla uyğun, çəkisi 25.60 qram, 1 ədəd kulon şəkilli ərintinin metalı təxminən 850 əyarlı qızıla uyğun, çəkisi 656.51 qram, 1 ədəd qolbağın metalı təxminən 750 əyarlı qızıla uyğun, çəkisi 259.22 qramdır. Ekspertizanın rəyinə əsasən aşkar olunan qızıl məmulatlarının ümumi çəkisi 941.33 qram müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info