74 minə yaxın vətəndaş tibbi müayinədən keçib
Tarix: 30.03.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə komissiya yaradılıb. Rayon ərazisində fəaliyyət göstərən dörd xəstəxanada, dörd poliklinikada və bir ambulatoriyada fevralın 15-dən etibarən əhalinin pulsuz tibbi müayinəsi aparılır. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinədən keçir.
Martın 30-dək rayonda 74 minə yaxın vətəndaş və 106 kollektiv tibbi müayinədən keçib. Müayinə zamanı 2874 nəfərdə xəstəlik aşkarlanıb, 113 şəxs stasionar müalicəyə cəlb edilib. Həmçinin 136 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib.
12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov bildirib ki, əhalinin tibbi müayinəsi üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Müayinələrdə əsas məqsədimiz xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Xəstəxanaya gələnlər ümumi və biokimyəvi analiz verir, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günədək 7638 nəfər müayinədən keçib. Müayinə olunan vətəndaşların 109-da xəstəlik aşkar edilib və 24 nəfəri stasionar müalicəyə götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info