“Ədəbiyyat İnstitutunda gənc alimlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir”
Tarix: 31.03.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Gülnar Yunusova:“Gənc alimlərin elmi konfrans və simpoziumlarda iştirak etməsi, seminar, təlim və digər tədbirlərə cəlb olunmasına yardım etmək, onlar üçün həlledici amillərdəndir”

Layihə çərçivəsində müsahibimiz Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi “Yapon dili və ədəbiyyatı” şöbəsinin bakalavr və magistr dərəcələrinin fərqlənmə diplomu ilə məzunu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Dünya ədəbiyyatı və komparativistika şöbəsinin elmi işçisi və dissertantı Gülnar İlham qızı Yunusovadır. Gülnar Yunusova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun ilk və yeganə yapon ədəbiyyatı mütəxəssisi sayılır. Onun elmi mövzusu “Müasir Azərbaycan və yapon bədii nəsrində postmodernizmdir (K. Abdulla və H. Murakaminin yaradıcılığı əsasında )”. Elmi rəhbəri isə akademik İsa Həbibbəylidir.
-Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir edərdiniz?
-Hal-hazırda gənc alimlər bəzi diqqət yetiriləsi problemlərlə üzləşirlər. Bu problemlərin kökündə elmi-təşkilati, iqtisadi və digər məsələlər dayanır. Dissertantların fəaliyyət göstərdiyi təşkilatlarda maddi-texniki bazanın hələ də tamamilə beynəlxalq standartlara uyğun olmaması elmi işlərin səviyyəsinə də, şübhəsiz ki, təsirsiz ötüşmür. Bundan başqa, bu gün gənc alimlərin sosial problemlərinin, maaş və mənzil məsələlərinin yüksək səviyyədə təmin edilməsi gündəmdədir. Bu barədə dövlət və akademiya səviyyəsində müzakirələr aparılır. Bu baxımdan sözügedən problemlərin gələcəkdə həllini tapacağına ümid edirik.
-Gənc alimlərin elmi-tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?
- Gənc alimlərin səmərəli şəkildə elmi-tədqiqatlarla məşğul olmalarının bir sıra şərtləri mövcuddur: baza təhsili, mövzu seçiminin elmi potensial və elmin gələcək perspektivlərinə doğru istiqamətləndirilməsi, mövcud elmi mühitlə sıx əlaqəsi, elmi rəhbər ilə intensiv ünsiyyət, elmi ezamiyyətlərin reallaşdırılmasına şərait, tədqiqat işi üçün lazım olan materialların əldə olunmasına şərait yaradılması, stimullaşdırıcı amillərin olması və sair amillər.
Gənc elmi-tədqiqatçılar üçün ən önəmli məsələlərdən biri onların sərbəst düşüncə və özünəməxsus araşdırmaçı kimi yetişməsi üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Təzyiqlər, stereotiplər, söz azadlığı və sərbəst elmi təfəkkürün ifadəsinə törədilən maneələr olarsa, tədqiqatçının formalaşması mümkün deyildir.
-Gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- Gənc alimlərin effektiv fəaliyyət göstərmələri üçün elmi və elmi-təşkilati işləri intensivləşdirmək və daha mütəşəkkil etmək lazımdır. Elmi işlər daha çox tədqiqatçının sərbəst fəaliyyət sahəsinə daxildir. Yəni araşdırdığı problemi daha ətraflı öyrənmək, bu sahədəki elmi mülahizələri təhlil etmək, mövzunu geniş planda öyrənmək gənc araşdırmaçının öz üzərinə düşən məslələrdəndir. Sözsüz ki, burada da elmi rəhbər və elmi mühitin mühüm rolu vardır. Elmi-təşkilati işlər isə müəssisələrin üzərinə düşür. Burada elmi ezamiyyətlərin təşkil olunması xüsusilə prioritet sahələrdən olmalıdır. Gənc alimlərin elmi konfrans və simpoziumlarda iştirak etməsi, seminar, təlim və digər tədbirlərə cəlb olunmasına yardım etmək, onlar üçün həlledici amillərdəndir.
-Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bəzi hallarda bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz var?
- Günümüzün ən aktual problemlərindəndir. Çox təəssüf ki, hələ də sərhədləri aşa bilmirik. Bu sahədə də dünyaya inteqrasiya edəriksə, həmin bürokratik əngəllər də aradan qalxar. Elmi-tədqiqat işlərinin hazırlanması prosesində təşkilati işlərin həddindən çox olması, bəzi sənədlərin hazırlanması və təsdiqinin lazım olduğundan artıq zaman alması həm əngəl yaradır, həm də bu sahəyə marağı azaldır. Əlbəttə ki, bu problemi bütün müəssisələrə aid etmək olmaz. Bizim çalışdığımız AMEA Nizami adına Ədəbiyyat İnstitutunda ab-hava tamamilə fərqlidir. Son dövrlərdə İnstitutumuzda gənc alimlər üçün nəzərdə tutulmuş bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.
-Yuxarıda qeyd edilən məsələ ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?
- Dünya arenasında elmi-tədqiqat sahələrinin daha uyğun sistemlərini öyrənib tətbiq etmək lazımdır. Sözsüz ki, bu daha çox aidiyyəti təşkilatların vəzifələrinə daxildir. Biz bu sahədə professional təklif irəli sürə bilmərik. Sadəcə, Yaponiyada iki il yaşamış və fəaliyyət göstərmiş bir gənc mütəxəssis kimi bu sahədə hələ də problemlərimizin olduğunu söyləyə bilərik.
-Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkan yaradılır. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?
- Ümumiyyətlə, gənc tədqiqatçılar üçün xarici dil bilikləri olduqca əhəmiyyətlidir. Dünya sferasına çıxmaq digər halda mümkün deyildir. Bu baxımdan da IELTS imtahanlarının tətbiqi elmin gələcək inkişafı perspektivinə yönəlmiş ən böyük addımlardandır. Dünya təhsil sisteminə nəzər yetirsək, ən məşhur universitetlər IELTS imtahanlarının müxtəlif bal sistemlərini tələb edirlər. Sadəcə olaraq, bizdə bu qərarın tətbiqi müəyyən hazırlıq zamanına ehtiyac duyurdu. Ziddiyyətlər də məhz bu məqamda meydana çıxır. Ani qərardan əziyyət çəkənlər də oldu ki, bu da müdəfiə prosesində son mərhələdə olan gənc tədqiqatçılarla bağlıdır.
-Hansı təklifləriniz var?
- Təklifimiz ondan ibarətdir ki, bu sahədə ixtisaslar nəzərə alınsın, müxtəlif mərhələlərdə olan tədqiqatçılara lazım gəldikdə, fərdi yanaşılsın.
-Gənc alim və tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı hansı təkliflər irəli sürərdiniz?
- Məlumdur ki, elm sahəsində stimullaşdırıcı amillərə böyük ehtiyac vardır. Bu sahədə bəzi işlər görülsə də, iqtisadi problemlər hələ da qalmaqdadır. Əsas məsələ tədqiqat prosesində elmi ezamiyyətin təşkil olunması, xarici ölkələrdəki konfranslara gedilməsinə yardım və elmi materiallarla təmin olunmasına kömək etməkdir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”
06.11.2018
Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info