7 yaşından əvvəl musiqini öyrənmək beyinə faydalıdır
Tarix: 27.02.2013 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Uşaq hələ ana bətnindəykən eşitdikləri səslərlə musiqini anlamağa başlayır. Doğulandan sonra isə laylalarla, melodiyalarla musiqiyə olan uyğunlaşmalar davam edir. Bu baxımdan musiqi dərsləri uşaqlara kiçik yaşlarından verilməyə başlanılsa, bu, uşaqlarda beyinin inkişafında mühüm rol oynaya bilər.
“Huffington Post” jurnalında qeyd olunan məlumata görə, araşdırmalar zamanı məlum olub ki, 7 yaşdan əvvəl musiqi öyrənmək beyinə faydalıdır. Kiçik yaşlarından musiqi təhsili uşaqlarda, "korpus kallozum” kimi bilinən beyinin bir hissəsindəki ağ sahənin daha böyük olmasına kömək edir. Bu hissə sinir liflərindən ibarətdir və beyinin sağ və sol yarımkürələri arasındakı əlaqəni təmin edir.
7 yaşından əvvəl musiqi təhsili alan uşaqlarda görmə və eşitmə orqanlarının fəaliyyətinin 7 yaşından sonra bu təhsili alanlardan daha yaxşı olduğu ortaya çıxıb. Bununla bağlı araşdırmaya alimlər yaxşı musiqi təhsili görmüş 36 musiqiçini cəlb ediblər. Onları 7 yaşından əvvəl və sonra musiqi təhsili alanlar olmaqla iki qrupa bölüblər. İştirakçılar alimlər tərəfindən hazırlanmış suallara cavab veriblər. Suallar arasında nə qədər müddətə təhsil aldıqları, təcrübələri və bir musiqi alətində neçə saat çalmaları ilə bağlı mövzular olub. İştirakçıların zamanı düzgün bölmək və sinxronizasiya qabiliyyətləri yoxlanılıb.
7 yaşından əvvəl musiqi alətə çalmağa başlayan musiqiçilərin təcrübə zamanı vaxtdan düzgün istifadə etdikləri və beyinlərinin “korpus kallozum” bölgəsindəki ağ maddənin daha çox olduğu müəyyən edilib. Bu isə beyinin sağ və sol yarımkürələri arasında normal əlaqənin olmasını təmin edir. Bu səbəbdən erkən yaşda musiqiyə başlamağın insan dühasına və qabiliyyətinə böyük dəstəyi var.
Daha əvvəl aparılan araşdırmalar zamanı isə məlum olmuşdu ki, kiçik yaşlarından musiqi aləti çalmağı öyrənmək zehni qabiliyyətin inkişafını gücləndirir. Bundan başqa, araşdırmalar zamanı musiqi dinləmənin insanı sakitləşdirdiyi və ağrı hissini azaltdığı və hətta yatmağa kömək etdiyi məlum olub.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info