«Asahi Shimbun»: «Çin «bir ailə-bir uşaq» siyasətini dəyişir»
Tarix: 27.02.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər




«Əmək qabiliyyətli əhali azaldığından 2015-ci ildən etibarən «bir ailə-iki uşaq» siyasətinə keçməyə hazırlıq gedir»


«1,3 milyard əhalinin yaşadığı Çində yaşı 60-dan çox olan insanların sayı 185 milyon nəfərdir. Hər il bu say təxminən 7-8 milyon nəfər artır. Proqnozlara görə, 2013-cü ildə bu rəqəm artıq 200 milyon nəfərə çatacaq»

Çin Kommunist Partiyası «bir ailə-bir uşaq» siyasətini yumşaltmaq istəyir. Bu haqda Yaponiyanın «Asahi Shimbun» qəzetində dərc edilən məqalədə məlumat verilir. Keyko Esioka və Keyske Katori adlı müəlliflərin məqaləsində qeyd edilir ki, rəsmi Pekin 30 ildir həyata keçirilən bu siyasətdə bir qədər yumşaltma etməyə qərar verib: «Əhalinin sosial müdafiə sisteminin ləğv olunmadığı Çində əmək qabiliyyətli gənclərin sayı azalmağa başlayıb. Hökumət bu vəziyyəti iqtisadi artım və stabil cəmiyyət üçün təhlükə hesab edir. Buna görə də 2015-ci ildən etibarən «bir ailə-iki uşaq» siyasətinə keçməyə hazırlıq gedir. Çinin sosial departamentləri «yoxsulluqda qocalma» situasiyasının yaranmasından ehtiyat edirlər. Dünya iqtisadi inkişafının «motoru» olan Çində baş verən sosial dəyişikliklər hamıya, o cümlədən dünya iqtisadiyyatına təsir edir. Çin hökumətinin nümayəndəsi «Asaxi» qəzetinə müsahibəsində bildirib ki, çıxış yolu sistemi bir qədər yumşaltmaqdır, amma problem buna nə vaxt başlamaqdadır. Belə bir informasiya var ki, Çin Kommunist Partiyasının nəzdində yeni siyasətə keçidlə bağlı məsələni həll edəcək xüsusi elmi cəmiyyət yaradılıb.
2010-cu ilin nəticələrinə əsasən, Çində yaşı 65-dən yuxarı olan insanların sayı əhalinin 8,9 faizini təşkil edib ki, bu da indiyə qədər qeydə alınan ən yuxarı göstəricidir. Eyni zamanda yaşı 14-dən aşağı olanların sayı isə əhalinin 16,6 faizini təşkil edib ki, bu da indiyə qədər qeydə alınan ən aşağı göstəricidir. Bir qadına düşən yeni doğulan uşaq sayı 1,64 təşkil edir. Bəzi ekspertlərə görə, bu göstərici Yaponiyadan da aşağı olaraq 1,18 nəfərdir. 1,3 milyard əhalinin yaşadığı Çində yaşı 60-dan çox olan insanların sayı 185 milyon nəfərdir. Hər il bu say təxminən 7-8 milyon nəfər artır. Proqnozlara görə, 2013-cü ildə bu rəqəm artıq 200 milyon nəfərə çatacaq. Xristian ailələrdə və milli azlıqların ailəsində ikinci uşağın doğumuna icazə verən Çin hökuməti bir uşağı olan digər ailələrdə də ikinci uşağın doğulması məsələsində yumşalmaya gedir. Amma Tokio Universitetinin professoru Keyko Vakabayasi hesab edir ki, belə sistemdə qadınların 37,8 faizi bir uşaq dünyaya gətirməyə üstünlük verir».
ANAR




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...”
18.10.2019
13 maddəlik Türkiyə - ABŞ birgə bəyanatı
18.10.2019
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18.10.2019
Antonio Quterreş ABŞ və Türkiyənin Suriya ilə bağlı razılaşma müqaviləsini alqışlayır
18.10.2019
Türkiyə ilə ABŞ Suriya mövzusunda 13 bənddən ibarət ortaq açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info