Avstraliyada “İŞİD” üzvləri vətəndaşlıqdan məhrum ediləcək
Tarix: 08.04.2016 | Saat: 20:53:00 | E-mail | Çapa göndər
Yaxın Şərqdə “İŞİD” və digər terrorçu qruplaşmaların üzvü olan avstraliyalılar yaxın aylarda bu ölkənin vətəndaşlığından məhrum edilə bilərlər.
Avstraliyada yeni fəaliyyətə başlayan idarələrarası hökumət komitəsi barədə məlumatı dünən “Australian” qəzeti yayıb. Xüsusi xidmət orqanlarının məlumatına əsasən, Suriyada və İraqda fəaliyyət göstərən terrorçu qruplaşmaların tərkibində təqribən 110 nəfər avstraliyalı var. Yeni komitənin fəaliyyətə başlaması barədə məlumatı immiqrasiya və sərhədlərin mühafizəsi naziri Piter Datton qəzetə verdiyi müsahibəsində təsdiq edib. Nazir deyib: “Bu, o deməkdir ki, ötən il antiterrorizmlə əlaqədar qəbul olunan qanun 100-dən artıq insan barədə tətbiq ediləcək”. Avstraliya milli təhlükəsizliyi üçün daha çox təhlükə təşkil edən yaraqlıların məsələsinə ilk növbədə baxılması xahişi ilə komitə üzvlərinə müraciət etdiyini deyən nazir vurğulayıb ki, vətəndaşlıqdan məhrumetmə fərdi əsasda aparılacaq. Vətəndaşlıqdan məhrumetmə hüququ məhz bu yeni komitəyə həvalə olunub və bu qurum qəbul etdiyi qərarlar barədə İmmiqrasiya və Sərhədlərin Mühafizəsi Nazirliyini məlumatlandıracaq.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır
21.04.2018
Ermənistan MAQATE-nin təkliflərinə əhəmiyyət vermir
21.04.2018
Dövlət Departamenti: ABŞ Rusiya ilə açıq dialoqun tərəfdarıdır
20.04.2018
Belarusda internet resursları məhkəmə qərarı olmadan bloklanacaq
20.04.2018
Macarıstanda AXC-nin 100 illiyinə həsr olunun elmi konfrans keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9068

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info