“Elmi-tədqiqatların aparılması üçün motivasiya olmalıdır”
Tarix: 12.04.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Fuad Bəşirov: “İnkişaf etmiş ölkələrdə istifadə edilən müalicə üsullarının, demək olar ki, böyük əksəriyyəti bu gün Bakıda tətbiq edilməkdədir”

Müsahibimiz Türkiyədə, Ankara Universiteti Tibb fakültəsində rezidentura təhsili alan Fuad Bəşirovdur.

-Hazırda gənc alimlərin hans problemləri var. Bu problemləri necə təsvir edərdiniz?
- Sualınızı bir az dəyişdirib cavab vermək istərdim. Gənclərin elimlə məşğul olmaları üçün mühit necə olmalıdır? Problem prizmasından baxmağı işə başlamamışdan kiçik əngəlləri beton divarlar sanmağa oxşadıram. Necə ki, çoxumuzun başına belə iş gəlir: düşündüyümüz, ancaq həyata keçirmədiyimiz ideyalarımızı bir müddət sonra başqası tərəfindən həyata keçiriləndə biz də baxıb görürük ki, əslində biz də edə bilərdik. Buradakı əsas məsələ illüziyaların öhdəsindən gəlməkdir. Mən burada, bir az ixtisasımla da əlaqəli olduğu üçün mühitin əhəmiyyəti haqqında qısaca fikirlərimi bildirmək istəyirəm. İnsan olaraq hələ doğulmamışdan qabaq hiss edərək, doğulduqdan sonra da duyğu orqanlarımızla ətraf mühitdən qəbul etdiklərimizlə öyrənirik və öyrəndiklərimizlə düşünürük, ətrafımızla münasibət saxlayırıq. Ətrafımızda nəyin necə olmasının və bizimlə münasibətlərin necə olmasının çox böyük önəmi olur. Sağlam düşünmək üçün, ilk növbədə, ailə, sonra isə bağça, məktəb, universitet mühim rol oynayır. Uşaqlığımızda verdiyimiz hər hansı qərarların valideynlərimiz tərəfindən qəbul edilməsi, onları həyata keçirmək üçün bizə fürsət verilməsi bizdə müstəqil düşünməyi, sərbəst hərəkət etməyi formalaşdırır. Misal olaraq, təxminən 1 yaşında olan uşaq ətrafındakılar kimi gəzmək üçün addım atmağa başlayır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin keyfiyyətli təhsil alıb, yaxşı mütəxəssis olmaq, elmi biliklərini artırmaq və elm sahəsində davam etmələri üçün çox böyük addım idi. Nəticəsini də görməyə başlamışıq”

O, təzə-təzə yeriməyi öyrənəndə isə təbii olaraq yıxılacaq, əgər valideyn uşağın özünün ayağa qalxmasına imkan verərsə, təbii yolla istəklərinə gedən yolda çətinliklərin olduğunu, bunların öhdəsindən gəlməyi öyrənmək üçün bir fürsət olacaq. Məktəbə yeni başlayan şagird əlifbanı, rəqəmləri öyrənir, yuxarı siniflərə gəldikcə fizika, kimya, astronomiya kimi bir-birindən fərqli sahələrlə tanış olur. Beyində yeni düşüncə sahələri, bağlantılar yaranır. Burada əsas məsələ oxuma, öyrənmə alışqanlığı yaratmaq və bunu daha da davamlı etməkdir. Bunun üçün ən yaxşı yollardan biri kiçik nailiyyətlərə görə mükafat verilməsi, təltif edilməsi və nailiyyətə görə uşağa xüsusi fərdi münasibət bəsləməkdir. Yeniyetməlik yaşına gəlincə isə valideyn tərəfindən verilən məsuliyyət səhvləri və doğruları anlamamıza kömək edir. Gənclik, yaşlılıq vaxtı edəcəklərimizin əsası, elə bu vaxtlardan qoyulur. Başqa bir misal da çəkmək istəyirəm, yeniyetməlik zamanı öz geyiminin, öz otağının, həftəlik xərcliyinin, dost seçiminin məsuliyyətini öz üstünə almayan yeniyetmənin gəncliyində öz evinin, aylıq maaşının idarəsində, insanlar arasında münasibət qurmağında problemlər yaşaması qaçılmaz olacaq. İnsanların çoxu yeniyetməlik zamanı həyatı anlamağa başlayır, peşə seçiminə qərar verir və artıq məqsədini qarşısına qoyub onun üçün çalışırlar. İnsanın özünə güvənməsində ailə nə qədər önəmlidirsə, seçim etməsində məktəb, müvəffəqiyyət qazanmasında universitet o qədər önəmlidir. Mənim fikrimcə, məktəb problem həll etməyi, universitet yenilikçiliyi nə qədər yaxşı öyrədirsə, insan o qədər müvəffəqiyyət qazanır.
-Gənc alimlərin elmi-tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?
- Azərbaycanda 50 universitet, Milli Elmlər Akademiyasının nəzdində 40-a yaxın müxtəlif institutlar fəaliyyət göstərir. Ancaq buna baxmayaraq istifadə etdiyimiz gündəlik məişət əşyalarının böyük əksəriyyətinin xaricdən idxal edilməsi, çox vaxt xəstələrimizin müalicə üçün xaricə üz tutması, xaricdə istehsal olunan mallara üstünlük verilməsi bu baxımdan müəyyən çatışmazlıqların, şüurda da bununla bağlı ziddiyyətlərin olduğunu açıq-aydın göstərmiş olar. Bu problemlərlə yanaşı, son illərdə yaradılmış sənaye şəhərciyi, neft-kimya sahəsində dünyada tanınan elmi nailiyyətlərimiz, son illərdə tibb sahəsində Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi müalicə üsullarının tətbiq edilməsi, mən xüsusilə tibb sahəsini qeyd etmək istərdim, tibbi araşdırmalarımızın beynəlxalq dəyəri olan elmi jurnallarda nəşr olunması elmi-tədqiqatlar üçün imkanların olması yönündə ümidverici görünür. Həmçinin son zamanlarda gənc alimlərimizin elmi-təqdiqatlara, bu tədqiqatların davamlı və keyfiyyətli olmasına tələbatları da artıb. Bu isə onlara yeni və zamanın tələblərindən irəli gələn şərait yaradılmasını tələb edir. Ona görə də gənc alimlərimizin, müxtəlif sahələrə, xüsusilə, texniki və tibb sahələrinə aid gənc tədqiqatçıların araşdırmalarının fəaliyyətinin stimullaşdırılması olduqca önəmlidir. Bütün bunları nəzərə alaraq, son zamanlar bu sahədə bir sıra islahatların, tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürülür. Həmçinin, gənc alimlərin elmi layihələri müvafiq qurumlar tərəfindən dəstəklənir. Amma bu işin daha da intensiv, keyfiyyətli və əhatəli şəkildə həyata keçirilməsinə ehtiyac var.
-Gənc alimlərin yetərincə elmi-tədqiqatlarla məşğul olmaları və effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?
- Yuxarıda bu barədə bəzi fikirlərimi qeyd etdim. Bundan başqa, elmi-tətqiqatların aparılması üçün bizdə kifayət qədər istər universitet, istərsə də institutların olduğunu düşünürəm, bizdə olmayan şey, məncə, motivasiyadır. Günümüzün reallığı budur ki, əməyimizin, zəhmətimizin qarşılığını maddi olaraq görmək istəyirik. Elm isə bəhrəsini bir az gec verir. Verimli olan bir ixtira üçün laboratoriyada ən azı, yüz tədqiqat aparmalısan. Bu tədqiqatların hər biri dəstəklənməzsə, o bir ixtira da ərsəyə gəlməz. Bəlkə bu yöndə dəstək artırılarsa, tədqiqatçılar elmdən başqa nəsə düşünməz, effektiv fəaliyyət də, nəticə də müsbət olar. Məncə, iqtisadiyyat sahəsində biznesmenlərlə alimlərin görüşü, səhiyyə sahəsində tibbi sığortanın təşkili bu problemlərdən çıxış yolu kimi görünə bilər. Mən burada bir məsələni də qeyd etmək istəyirəm, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” gənclərin keyfiyyətli təhsil alıb, yaxşı mütəxəssis olmaq, elmi biliklərini artırmaq və elm sahəsində fəaliyyətə davam etmələri üçün çox böyük addım idi. Nəticəsini də görməyə başlamışıq. İnkişaf etmiş ölkələrdə istifadə edilən müalicə üsullarının demək olar ki, böyük əksəriyyəti bu gün Bakıda tətbiq edilməkdədir. Bu da bu cür dəstək proqramlarının uğurunu göstərməyə kifayət qədər böyük sübutdur. Təbii ki, qazanan Azərbaycan vətəndaşlarıdır.
-Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz və təklifləriniz var?
-Azərbaycanda tibb sahəsində elmi dərəcə almaq üçün müəyyən olunmuş qaydaların mövcud olduğunu bilirəm. Ancaq bürokratik əngəl olub-olmaması haqqında bir məlumatım yoxdur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info