Narkotik tərkibli dərmanın ölkəyə keçirilməsinin qarşısı alınıb
Tarix: 13.04.2016 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi sərnişin avtobusuna “Nina” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, xidməti itin avtobusun salonunda olan 37-38 rəqəmi ilə nömrələnmiş sərnişin oturacağına verdiyi reaksiyaya əsasən həmin oturacaqda yoxlama aparılıb. Nəticədə oturacağın sağ kənar tərəfindən, oturacağın üzlüyünün altından gömrük nəzarətindən gizlədilən, üzəri yapışqanlı lentlə sarınmış, hər birində 10 ədəd həb olmaqla ümumilikdə 100 həbdən ibarət 10 konvalyut üzərində “Methadone 20” sözləri yazılmış narkotik xassəli dərman preparatı aşkar olunub.
Nəqliyyat vasitəsinin sürücüsü gömrükçülərə verdiyi ilkin izahatında avtobusdan aşkar edilən dərman preparatından xəbərsiz olduğunu, sərnişinlərdən hər hansı birinə aid ola biləcəyini bildirib. Narkotik xassəli dərman preparatının aşkar olunduğu oturacağın yaxınlığında əyləşən şəxs müəyyən edilib və Azərbaycan vətəndaşı olan həmin şəxs şifahi sorğu sual zamanı narkotik xassəli dərman preparatının ona məxsus olduğunu bildirib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in 2-ci siyahısına daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi
26.02.2020
“Azərsun Holdinq” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb
26.02.2020
Bakıda məskunalaşan 30 məcburi köçkün ailəsi Füzuliyə yerləşdiriləcək
25.02.2020
STM-də yeni təyinatlar
21.02.2020
Gədəbəydə “ASAN Xidmət” modeli yaradıldı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11456

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
4 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
5 Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info