Prezident Türkiyədə işgüzar səfərdədir (Yenilənib)
Tarix: 13.04.2016 | Saat: 21:14:00 | E-mail | Çapa göndər
Dünən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Prezident İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ilə görüşüb. Görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparılıb. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Dövlət başçısı dəvətə görə minnətdarlığını bildirib, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət edib.
“Anadolu” Agentliyinin məlumatına görə, İstanbulda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub. Məlumatda qeyd edilir ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş mətbuata qapalı olub və təxminən 45 dəqiqə davam edib.




 
Bölməyə aid digər xəbərlər
10.05.2018
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
02.05.2018
Prezident “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
12.04.2018
Hacı Cavad məscidinin açılışı
16.02.2018
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib
15.02.2018
Tələbə Gənclər Təşkilatları İttifaqı yeni layihəyə start verib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9310

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info