“Atəşgah məbədi”ndə milli azlıqlara həsr olunmuş festival keçirilib
Tarix: 19.04.2016 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda festival keçirilib. Tədbir həm də “Multikulturalizm ili”nə həsr olunub.
Yaşı yüzillərlə ölçülən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu bu dəfə ölkəmizdə yaşayan milli azlıqların ixtiyarına verilib. Qubanın Xınalıq kəndindən xınalıqlar, Qırmızı qəsəbədən dağ yəhudiləri, Qusardan ləzgilər, Lənkərandan talışlar, Zaqatala-Balakəndən avarlar, saxurlar, ruslar, ingiloylar və digər etnik xalqların nümayəndələri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan festivalda mədəniyyət, tarix, dini inanclar, folklor nümunələr, kulinariya, musiqi və müxtəlif sənət nümunələrini nümayiş etdiriblər. Festivalda həmçinin kitablar, müxtəlif sənət nümunələri, tikmələr və geyimlər sərgilənib. Ölkəmizdə dostluq-qardaşlıq şəraitində yaşayan bu insanlar adət-ənənələrini olduğu kimi qoruyub saxlaya biliblər. Bu da Azərbaycanda tolerant mühitin hökm sürdüyünün əyani sübutudur. Azərbaycan çoxmillətli ölkədir. Buradakı etnik rəngarənglik muzeyi xatırladır.
Festivaldan sonra 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə toplantı olub. Tədbirdə ölkəmizdə tarixi abidələrin qorunması, təmir-bərpa olunması, yeni qoruqların yaradılması və bu sahənin inkişafı üçün atılan addımlardan bəhs edən videoçarx nümayiş edilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə də geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan xalqının dünya mədəniyyətinə təqdim etdiyi zəngin mədəniyyət nümunələrinin bəziləri artıq bəşəriyyətin ümumi mədəni irsinə çevrilib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi abidələrin qorunması, bərpası ilə bağlı ciddi işlər həyata keçirilir. Ölkə başçısının sərəncamları ilə Azərbaycanda yeni qoruqlar yaradılır, tarixi yerlər, abidələr aşkar edilərək bərpa olunur. Bildirib ki, Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük payı var. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər görülür.
Əbülfəs Qarayev, həmçinin vurğulayıb ki, indi Şəki şəhərində yerləşən tarixi abidlərin UNESCO-nun mədəni irs siyahısına salınması üçün müvafiq işlər həyata keçirilir. Növbəti illərdə isə Naxçıvan şəhərində yerləşən tarixi və memarlıq abidələrinin bu siyahıya salınması üçün addımlar atılacaq.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ölkəmizdə azsaylı xalqların mədəniyyətinə, adət-ənənələrinə verilən qiymətin daha bir bariz nümunəsidir. Bildirib ki, bu il Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü əvvəlki illərdən daha geniş və fərqli şəkildə qeyd olunur. Bu tədbirlər sırasında ölkəmizin mədəni müxtəlifliyinin nümayiş olunmasına da böyük diqqət ayrılıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin dünya ölkələrinə örnək olduğunu vurğulayıb. Bildirib ki, hazırda dünyanın 13 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu universitetlərin sayı da get-gedə artmaqdadır. Burada Azərbaycan multikulturalizminin təbliği ilə yanaşı, eyni zamanda, dünyada, xüsusən də Avropa ölkələrində olan multikultural ənənələrin müqayisəli şəkildə öyrənilməsi həyata keçirilir.
Daha sonra AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Alban-Udin icmasının sədri Robert Mobili çıxış edərək ölkəmizdə azsaylı xalqların mədəniyyətinə və adət-ənənəsinə olan diqqət və qayğıdan danışıblar.
Sonda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanın mədəni irsinin tədqiqinə görə” AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev təltif olunub. Həmçinin, Abşeron rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, Azərbərpa elmi Tədqiqat Layihə İnstitutunun baş memarı Leyla Hüseynova və Xınalıq Dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun əməkdaşı Həsən Ağayevə nazirliyin fəxri fərmanı və pul mükafatları təqdim edilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info