Prezident şəhid mayora Milli Qəhrəman adı verib
Tarix: 20.04.2016 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan mayor Samid İmanov prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Milli Qəhrəman (ölümündən sonra) adına layiq görülüb. Bu barədə şəhidin atası Gülağa İmanov məlumat verib. Qeyd edək ki, ötən gün ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.
Xatırladaq ki, mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində dünyaya göz açıb.
O, 1998-ci ildə Neftçala rayonunun 1-saylı orta məktəbi bitirib və həmən il Ali Hərbi Məktəbə daxil olub, 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirib. Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə, kursant vaxtı mərhum Prezident Heydər Əliyev tərəfindən və İlham Əliyev tərəfindən iki dəfə qəbul edilərək mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info