Şəhid pilot “Azərbaycan Bayrağı”na layiq görüldü
Tarix: 20.04.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla döyüşlərdəki şücaətinə görə bir qrup hərbçi təltif edilib.


“AzVision.az” xəbər verir ki, aprelin əvvəlində cəbhədə baş verən döyüşlərdə qəhrəmancasına şəhid olan pilot mayor Urfan Vəlizadə də təltif edilib.

Şəhid pilotun qardaşı Vidadi Vəlizadənin saytımıza verdiyi məlumata görə, Urfan Vəlizadə “Azərbaycan Bayrağı”na layiq görülüb. 

Bundan başqa aprelin 2-nə keçən gecə düşmən əlində olan starteji əhəmiyyətli Talış yüksəkliyinin geri alınmasında qəhrəmancasına döyüşən və ağır yaralanan Asif Novruz oğlu Rəsulov da ölkə başçısı tərəfindən təltif edilib. 

O, xidmətdə fərqləndiyinə görə medalla təltif edilib.

Qeyd edək ki, A.Rəsulov hazırda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunur. Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib

Qeyd edək ki, ötən gün ölkə başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə hərbçilərin xüsusi fərqlənən bir qrupunu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görüb, orden və medallarla təltif edib.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
05.08.2020
«Baba bulağı»nın bu günkü işi...
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info