Cəsur zabitimiz general-mayor rütbəsini aldı
Tarix: 20.04.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Aprelin 2-dən 5-dək Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyini düşməndən azadetmə əməliyyatında şəxsən iştirak edən Milli Ordunun zabiti Mais Bərxudarov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılıb.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov özünün “Facebook” səhifəsində yazıb.
Məlumata görə, Mais Bərxudarov prezident tərəfindən general-mayor rütbəsinə layiq görülüb. O, məhdud qüvvə ilə ermənilərin çoxsaylı qüvvələrini darmadağın etdiyi və şəxsi şücaət göstərdiyinə görə general olub. Hərbi ekspertin sözlərinə görə, bu, son 20 ildə döyüş qəhrəmanlığına görə Ali Baş Komandandan bu rütbəni alan ilk zabitimizdir.  
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada (həmçinin Milli Qəhrəman adına) layiq görülüb, orden və medallarla təltif olunub.




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
26.11.2020
Fransa bəyan etdi: “dqr”i tanımırıq!
26.11.2020
Milli Məclis Fransa Senatının qətnaməsinə etiraz bəyanatı qəbul edib
26.11.2020
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
26.11.2020
Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info