İsraildə Azərbaycandakı multikulturalizm və tolerantlığa dair tədbir
Tarix: 20.04.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Bir neçə gün əvvəl, İsraildə keçirilmiş Azərbaycanın mövqeyinə dəstək nümayişinin başa çatmasından sonra “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının bədii rəhbəri Səadət Şükürova tamaşaçılara İsrail ilə Azərbaycanın tərəfdaşlığına, Azərbaycan və yəhudi xalqlarının dostluğuna həsr edilən musiqi klipi təqdim edib.
İsraildə 10 ildən çoxdur yaşayan rejissorun fikrincə, klip və musiqi kompozisiyasının əsas qayəsi Azərbaycan və yəhudi xalqları arasındakı münasibətlərin həqiqi qardaşlıq və tərəfdaşlığa bariz nümunə olmasını dünyaya göstərməkdir.
S.Şükürova deyib: “Azərbaycan Prezidenti bu ili “Multikulturalizm ili” elan edib. Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzidir. Bunula əlaqədar olaraq, biz, əslən Azərbaycandan olan İsrail sakinləri, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatımız və rəhbərlik etdiyim “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppası qərara aldıq ki, Azərbaycanı - dünyanın ən qonaqpərvər və tolerant ölkəsini dünyaya göstərək. Biz, İsrail vətəndaşları fəxr edirik ki, yəhudilər ta qədimdən Azərbaycan ərazisində yaşayıblar və özlərini burada heç vaxt yad hiss etməyiblər. Tarix boyu yəhudilər azərbaycanlıların yanında olub və bu iki qardaş xalq heç vaxt bir-birinə xəyanət etməyib. 1918-ci ildə erməni daşnakları ilə mübarizədə yəhudilər Qubada azərbaycanlıları dəstəkləyib və həlak olublar. Azərbaycan xalqı yəhudilərin ən çətin anında yəhudi xalqını müdafiə edib, onlara sığınacaq verib”.
S.Şükürova qeyd edib ki, onlar dünyaya göstərmək istəyirlər ki, Azərbaycan torpağında ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yəhudi şəhidlər uyuyur. S.Şükürova deyib: “Biz musiqili təqdimatımızda yəhudi və Azərbaycan xalqlarının dostluq və qardaşlığının həqiqi rəmzinə çevrilmiş Albert Aqarunovun qəhrəmanlığını göstərmişik. Biz, əslən Azərbaycandan olan yəhudilər fəxr edirik ki, erməni işğalçılarına qarşı müharibədə müstəqil Azərbaycanın ilk Milli qəhrəmanlarından biri qardaşımız Albert Aqarunov oldu. O, Azərbaycan və yəhudi xalqlarının igidlik rəmzinə çevrilib. Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində hərbi əməliyyatlar zamanı Albert Aqarunov tərəfindən düşmənin xeyli canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Tank komandiri təyin edilmiş Albert Aqarunov tank bölməsi komandirinin əmri ilə 1992-ci il mayın 8-də səhər tezdən Şuşa ətrafında son döyüşə atılıb. Albert İsrail və Azərbaycanın əsl qəhrəmanıdır”.
S.Şükürovanın sözlərinə görə, İsrail-Azərbaycan dostluğuna, Azərbaycanın həmrəylik fenomeninə həsr edilmiş musiqili klip gənc bəstəkar və müğənni İlahə Qismət, şair Nəzmiyyə Hicran, müğənni Araz Həsənoğlunun böyük yaradıcı dəstəyi sayəsində ərsəyə gəlib. Onlar layihənin həyata keçiriləməsində ürəkdən çalışıblar.
Sonda “Odlar yurdu” İsrail-Azərbaycan teatr truppasının rejissoru Səadət Şükürova deyib: “Tezliklə biz bu klipin İsraildə və Azərbaycanda rəsmi təqdimatını təşkil edəcəyik. Ümidvaram ki, bizim klip strateji münasibətləri olan İsrail və Azərbaycan arasında daha bir möhkəm dostluq körpüsü olacaq. Ən başlıcası odur ki, bu münasibətlər arasında çox mühüm faktor - insani əlaqələr var, çünki Azərbaycanda 20 mindən çox yəhudi, İsraildə əslən Azərbaycandan olan 70 mindən çox sakin var. Biz İsrail ilə Azərbaycanın dostluğundan qürur duyuruq və bu dostluğun inkişafı və möhkəmlənməsi, əbədi olması üçün əlimizdən gələni edəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
İranın dini lideri: Benzinlə əlaqədar qanun icra edilməlidir
16.11.2019
Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevaya ailəsi ilə birgə vaxt tapıb konsertimə gəldikləri üçün təşəkkürümü bildirirəm
15.11.2019
“Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək“
15.11.2019
“Koalisiya üzvlərinin özlərini PYD/YPG-dən ayırmalarını gözləyirik“
15.11.2019
“Türkiyənin terrorla mübarizədəki rolu böyük əhəmiyyət daşıyır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info