Qarqarçay üzərində tikilən körpü istifadəyə verilib
Tarix: 20.04.2016 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Ağcabədi rayonu ərazisində Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində Qarqar çayı üzərində tikilən körpü istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, “Azəravtoyol” ASC-nin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azəravtoyol” ASC-nin istismar idarəsinin rəisi Əflatun Qasımov və Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, körpünün istifadəyə verilməsinə görə sakinləri təbrik edib, ölkəmizin, o cümlədən Ağcabədi rayonunun sosial-iqtisadi inkişafından, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində aparılan tikinti-quruculuq işlərindən, həyata keçirilən sosial layihələrdən danışıblar.
Bildirilib ki, körpünün uzunluğu 72 metr, eni 9 metrdir. 100 ton ağırlığında yük götürmək qabiliyyətinə malik körpüdən 17 kəndin 23 min nəfər sakini istifadə edəcək.
Çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
07.12.2019
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
06.12.2019
Rabitə işçiləri və onların ailə üzvləri üçün müjdə!
06.12.2019
Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Azərbaycan beynəlxalq təşkilatların donoru qismində 7 mln. dollar ayıracaq
05.12.2019
Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info