Joze Mourinyo İngiltərə yığmasında
Tarix: 21.04.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Joze Mourinyo İngiltərə yığmasına rəhbərlik edəcək. Portuqaliyalı mütəxəssis UNİCEF-in himayəsi altında olan uşaqlar üçün təşkil edilən xeyriyyə matçında onun rəhbərlik edəcəyi İngiltərə millisi dünya yığması ilə qarşılaşacaq.
İyunun 5-nə planlaşdırılan görüş Mourinyonun gələn mövsümdən “sükanı” arxasına keçməsi gözlənilən “Mançester Yunayted”in stadionu “Old Trafford”da baş tutacaq. Həmin matçda dünya seçməsinə “Lester”in çalışdırıcısı Klaudio Ranyeri rəhbərlik edəcək. Komandaların heyətləri hələlik məlum deyil. Mourinyo yerli mətbuata açıqlamasında qələbə qazanmaq istədiyini deyib: “Mən hər iki komanda ilə qələbə qazanan ilk baş məşqçi olmaq istəyirəm. Dünya yığması ilə bunu bacarmışam, indi növbə İngiltərə millisi ilə eyni uğuru təkrarlamaqdadır”. Qeyd edək ki, 2014-cü ildə bu iki komanda arasında keçirilmiş görüşdə Mourinyo dünya yığmasını çalışdırıb.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
“Everton“ baş məşqçisini istefaya göndərdi
06.12.2019
“Barcelona“nın təklifi: Vidal+70 milyon avro
05.12.2019
Şenol Günəş Bakıya gəlib
05.12.2019
“Qalatasaray“dan gözlənilməz məğlubiyyət
05.12.2019
Rakitiç “Barselona“da qalmaq istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info