Nəsibə Zeynalovanın 100 illik yubileyi qeyd olunub
Tarix: 21.04.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.
Yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Prezident sərəncam imzalayıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın korifey sənətkarı, Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk tədbir keçirilib. Tədbiri açan aparıcı Kamran İsrafilov xalqın sevimlisinə çevrilmiş aktrisanın oynadığı rolların zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durduğunu vurğulayıb. Söz Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova verilib. Daha sonra Nəsibə xanımla "Yuxu" filmində rol alan Əməkdar artist, teatr və kino aktrisası Ayan Mirqasımova iştirakçılarla öz xatirələrini bölüşüb. Əməkdar incəsənət xadimləri Rafiq Sadıxov, Aydın Kazımzadə, tanınmış aktyor və sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə, ssenarist və aktyor Qasım Səfəroğlu çıxışlarında aktrisanın istər kinoda, istərsə də teatrda yaratdığı kiçik rolları belə yaddaqalan, baxımlı etmək bacarığına, istənilən obrazı tamaşaçıya yüksək səviyyədə təqdim edib və sevdirmək ustalığına malik olduğunu qeyd ediblər. Çıxışlardan sonra Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova öz ürək sözlərini yubiley iştirakçıları ilə paylaşıb, onun səhnədə hər zaman gülən və güldürən aktrisa olmağı ilə yanaşı, çox qayğıkeş ana, qaynana və nənə olduğunu vurğulayaraq, Nəsibə xanımın ailəsi adından tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Suraxanı rayon Heydər Əliyev Mərkəzində rəssam vəzifəsində çalışan Aynur Novruzova tərəfindən çəkilmiş Nəsibə Zeynalovanın portreti nəvəsi N.Əsgərovaya xatirə hədiyyəsi olaraq təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib
06.12.2019
Akademik Musiqili Teatrda “Nəsimi”ni alqışlarla qarşılayıblar
06.12.2019
Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq
06.12.2019
Bakıda “Viva Opera“ adlı qala konsert keçiriləcək
05.12.2019
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info