Tacikistanda akademik Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib
Tarix: 21.04.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfirliyində səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ - Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilinə tərcümə edilmiş nüsxəsinin təqdimat mərasimi keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə çıxışı zamanı səfir Abbasəli Həsənov deyib ki, R. Mehdiyevi bu kitabı yazmağa vadar edən ermənilərin yalanlarını ifşa etmək olub və adından göründüyü kimi, kitabda müxtəlif ölkələrin arxiv materiallarına istinad edilən təkzibedilməz faktlardan ibarətdir. Kitabın redaktoru, Tacikistanın milli himninin sözlərinin müəllifi, Xalq şairi Gulnazar Keldi, tərcüməçilər Bahriddin Cuyo və Olim Hocimuradov çıxışlarında kitabın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın tarixinin dərindən öyrənilməsi, ermənilərin bu ərazilərə köçürülməsi və beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycana və digər qonşu dövlətlərə qarşı təcavüzkar siyasətini öyrənmək baxımından mühüm əhəmiyyətə malik mənbə olacağını bildiriblər. Tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm-mədəniyyət xadimləri, Düşənbədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının rəhbərləri, yerli mətbuat və diaspora nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində “Erməni terrorizmi” filmi rus və ingilis dillərində nümayiş etdirilib. Sonda səfirliyin foyesində 2-5 aprel tarixlərində Ermənistan-Azərbaycan cəbhə xəttində ermənilərin növbəti təcavüzkar siyasəti nəticəsində həlak olan şəhidlərin şəkillərindən ibarət fotostend sərgilənib.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
30.11.2020
Azərbaycanda evdən çıxmaq qadağan olunacaq, iş yerləri bağlanacaq, əgər...
30.11.2020
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
30.11.2020
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək
30.11.2020
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4330 ədəd piyada əleyhinə, 1110 ədəd tank əleyhinə mina aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info