Çikaqoda keçirilən konfransda Azərbaycanın əhəmiyyəti vurğulanıb
Tarix: 21.04.2016 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Çikaqoda “İpək Yolu” konfransı keçirilib. Konfransın əsas mövzusu Avropanı Çinlə birləşdirən İpək Yolu üzərində yerləşən dövlətlərin investisiya, nəqliyyat, ticarət və tranzit potensialı ilə tanış etməkdən ibarət olub. Konfransda ABŞ-ın çoxsaylı ictimai, biznes və akademik nümayəndələri, habelə bir sıra digər dövlət təmsilçiləri də iştirak ediblər. Tədbirdə ölkəmizi təmsil edən ABŞ-dakı səfirliyimizin əməkdaşı Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi inkişaf siyasəti, nəqliyyat sektorunun inkişafı istiqamətində görülən işlər, İpək Yolu ilə daşımaların sürətləndirilməsi üçün aparılmış islahatlar, quru, dəmir, dəniz, hava yolları və əlaqədar infrastrukturun imkanlarının artırılması barədə tədbir iştirakçılarına geniş məlumat verib. Müzakirələrdə İpək Yolunun işə düşməsi üçün ölkəmizin praktiki töhfəsinin əhəmiyyəti vurğulanıb və Azərbaycan vasitəsilə daşımaların üstünlükləri qeyd edilib. Tədbir Şimali İllinoys Universitetinin Biznes Kolleci və Çikaqo Kommersiya Birjasının sponsorluğu ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın həmsponsorları qismində “Silk Way”, “Qlobal Biznes Məsləhəti” Jurnalı, Tianjin iqtisadi-texnoloji inkişaf Sahəsi, “Türk Hava Yolları” çıxış ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İran ilə bağlı qorxunc iddia...
22.11.2019
İngiltərə DEAŞ-lıların yetim uşaqlarını Suriyadan geri gətirir
22.11.2019
Rus qırıcılarının İdlibə aviazərbələri nəticəsində 5 nəfər həyatını itirdi
22.11.2019
Varşavada erməni təxribatının qarşısı alınıb
22.11.2019
Tramp Maliyyə hesabatlarını açıqlayacağını bildirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info