Zaqatalada 257 hektar sahədə yeni fındıq bağı salınıb
Tarix: 21.04.2016 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də qərzəkli meyvəçilik, o cümlədən fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və son illər bu sahəyə maraq xeyli artıb. Xarici bazarlarda fındığa olan tələbatı nəzərə alaraq, rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı iş aparılır. Təkcə cari ilin ötən dövrü ərzində rayonda 257 hektar sahədə yeni fındıq bağı salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardır. Bu bağların 8 min 665 hektarı bar verəndir. 2015-ci ildə fındıq bağlarından 9 min tondan çox məhsul götürülüb.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, hazırda Zaqatalada sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizə qədərini fındıq ləpəsi və ondan istehsal edilən məhsulların satışından əldə olunan gəlirlər təşkil edir. Rayonda fındıq emalı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar satış üçün daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib
06.12.2019
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
05.12.2019
“İnsan kapitalı” layihəsi başa çatdı
05.12.2019
Meliorasiya və Su Təsərrüfatının kollektivi 1500-dən çox ağac əkib
05.12.2019
Masallıda şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Səbinə Əliyeva ombudsman seçildi
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info