Qripdən necə qorunaq?
Tarix: 28.02.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Son zamanlar ətrafımızdakı insanların çoxu qripdən şikayətlənir. Xüsusən, burun tutulması, asqırma, boğaz ağrısı, qızdırma və s. kimi təbii şikayətlər də olur. Əlbəttə ki, bunun səbəbi mövsümlə əlaqəli olmaqla yanaşı, düzgün qidalanmamaqla da bağlıdır. Qripdən qurtulmaq üçün isə müxtəlif qidalardan istifadə edilə bilər:
Tərəvəz suyu: bir stəkən az duzlu tərəvəz suyu və ya meyvə suyu qripdən sağalmağa faydalıdır. Tərəvəz və meyvə suyunun tərkibindəki antioksidanlar bədənin immun sistemini qüvvətləndirir.
Toyuq suyu şorbası: Bu yeməyin qripi sağaltdığı artıq elmi cəhətdən təsdiq olunub. Nə qədər qəribə olsa da, isti toyuq suyu şorbası bədəni virus və bakteriyalardan qoruyan burun yolundakı tüklərin fəaliyyətini aktivləşdirir.
Hinduşka əti: yağsız proteinli hinduşka əti çox faydalıdır. O, xəstəliklərlə mübarizə aparması üçün bədənə enerji verir.
Sarımsaq: hər nə qədər ağızdan pis qoxu gəlməsinə səbəb olsa da, sarımsaqdan şorbalarda və digər yeməklərdə istifadə etmək olar. Sarımsaq mikrob əleyhinə güclü vasitə olmaqla yanaşı, immun sistemini gücləndirir və burun tutulmasına qarşı da faydalıdır.
Zəncəfil: Qarın ağrısı və mədə bulantısı üçün şəfalı bitkidir. Araşdırmalar zamanı məlum olub ki, zəncəfil iltihaba qarşı da əvəzolunmaz vasitədir.
Qaynar çay: yaşıl və qara çay xəstəliklərlə mübarizə aparan antioksidanlarla boldur. Boğaz ağrısını yüngülləşdirmək üçün çayınıza bir qaşıq bal qatın və limon sıxın. Bitki çayları da köməyinizə gələ bilər.
Banan: Mədə üçün faydalıdır. Ürəkbulanması, qusma və ishal əleyhinə xeyirlidir.
Bundan əlavə, qriplə mübarizədə tənəffüs yollarının təmizlənməsi üçün süd əlverişli vasitədir.
Bütün bunlardan istifadə etməklə sağlamlığımızın qeydinə xəstəlik qapımızı çalmadan da qalmaq mümkündür.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Yaddaşı gücləndirmək üçün bunları yeyin!
18.01.2020
Ən təhlükəli qan qrupu
17.01.2020
Yuxusuzluq şəkər və xərçəng xəstəliyi yaradır
17.01.2020
Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliyə yoluxa bilərsiniz
17.01.2020
Koronavirusun Azərbaycanda yayılma ehtimalı varmı?

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info