Prezident Kitabxanasının erməni vandalizmi il bağlı elektron nəşri rus dilində
Tarix: 21.04.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Ötən il dünya ermənilərinin uydurma “soyqırımı”nın 100 illiyini qeyd etdikləri ərəfədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı yeni elektron nəşr hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kitabxana əməkdaşlarının Azərbaycan və ingilis dillərində hazırladıqları həmin elektron nəşrin təqdimatı zamanı təklif edilmişdi ki, keçmiş Sovet İttifaqı ərazisində yaşayan xalqların həm işğal edilmiş Azərbaycan ərazilərində, həm də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində erməni vandallarının tarixi-memarlıq abidələrimizə, qəbiristanlıqlara qarşı həyata keçirdikləri vandallıq aktları barədə ətraflı məlumat əldə etmələri üçün elektron nəşrin rus dilində də versiyası hazırlansın. Hazırda Kitabxananın əməkdaşları bu işi başa çatdıraraq elektron nəşrin rus dilində versiyasını http://www.armenianvandalism.az domeni vasitəsilə istifadəçilərə təqdim edib.
Hər üç dildə istifadəçilərin ixtiyarına verilən bu elektron nəşrdə işğal altında qalan ərazilərimizdəki və Ermənistan ərazisində qalan 800-dək abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən fotoşəkillər, eləcə də həmin abidələrin xarakteristikası təqdim edilib. Bu abidələr ölkə əhəmiyyətli və yerli əhəmiyyətli kateqoriyalar üzrə - memarlıq abidələri, arxeoloji abidələr, tarix-memarlıq qoruqları, monumental və xatirə abidələri kimi təsnifləşdirilib. Elektron nəşrin “Fotoittiham” fəslində erməni vandalizminin əyani görüntlərini özündə əks etdirən 160-dan artıq şəkil yerləşdirilib.
Prezident Kitabxanasında istər müasir Azərbaycan və Ermənistan ərazilərində, habelə Türkiyə ərazisində ermənilərin törətdikləri kütləvi qırğınların, həyata keçirdikləri soyqırımlarının, deportasiyaların və etnik təmizləmələrin, terror aktlarının miqyasını dünya ictimaiyyətinə çatdırmaq üçün sistemli şəkildə iş aparılır. Kitabxananın mütəmadi olaraq yenilənən “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” və eləcə də “Vətən tarixi” seriyasından daha əvvəl istifadəyə verilmiş “Erməni cinayətləri: Soyqırımı. Deportasiya. Terror” adlı elektron nəşrləri ermənilərin əsl simalarının dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında mühüm virtual məlumat bazası rolunu oynayır. İstifadəyə verildiyi vaxtdan keçən müddət ərzində adları çəkilən elektron nəşrlərin hər birinə 10 minə yaxın istifadəçi müraciət edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info