Gəncə gəncləri media sahəsində yeni biliklər qazanır
Tarix: 21.04.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı, “Gəncə 2016- AGP” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Media Məktəbi- 2” layihəsi çərçivəsində ilk təlimlər keçirilib.
3 gün davam edən təlim zamanı 20 nəfərə yaxın gəncə piar sahəsində böyük təcrübəyə sahib Pərvin Piriyev tərəfindən "PR nədir?", "PR modelləri və funksiyaları", "informasiya kanalları" və s. mövzular tədris olunmuşdur. Gənclər müxtəliq qrup işləri vasitəsi ilə "PR startegiyasının qurulması", "informasiya araşdırmaları" və s. kimi tapşırıqlar həyata keçirmişlər.Təlimin sonunda gənclərin təlimdən öyrədiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib və onlar arasında sorğu keçirilərək gələcək təlim və tədbirlərdə təcrübəsini öyrənmək istədikləri media nümayəndələrinin adları öyrənilib. Layihə çərçivəsində iştirakçı gənclərə peşəkar piar menecerlər, media nümayəndələri tərəfindən təlimlər keçiriləcək və onların təcrübələrindən gənclərin yararlanması üçün imkan yaradılacaq. 
Layihə rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə təlimdən sonra artıq gənclərdən ibarət qrup formalaşdırılıb. Gənclər layihə çərçivəsində media sahəsində əldə edəcəkləri biliklərdən faydalanaraq, müxtəlif media alətləri vasitəsi ilə Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər paytaxtı statusunun və bu status çərçivəsində keçiriləcək layihələrin, ümumilikdə Gəncə şəhərinin cari ildə fəal həyatını daha geniş kütləyə çatdırmağa xidmət edəcəklər. 
Məlumat üçün bildirək ki, 3 ay davam edəcək "Media Məktəbi-2" layihəsinin əsas məqsədi gənclərin yeni media alətlərindən düzgün istifadəsi və bu sahədə yeni biliklərin qazanılmasına xidmət etməkdir. Layihə çərçivəsində Avropa ölkələrinin media ilə bağlı həyata keçirdiyi layihələrdən nümunələri layihə iştirakçısı olan Gəncə gənclərinə təqdim edilməsi, gənclərin sosial mediada fəal iştirakı üçün innovativ vasitələrin tətbiqini genişləndirməsi, həmçinin region gənclərinə sosial mediadan səmərəli istifadə qaydalarının öyrədilməsi əsas istiqamətlərdəndir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
“Facebook Messenger“in işində qüsurlar yaranıb
15.11.2019
Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib
14.11.2019
İndoneziya sahilləri yaxınlığında 7,2 bal gücündə zəlzələ olub
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info