İnsanlar yazıları “Facebook”dan oxumağa üstünlük verirlər
Tarix: 21.04.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“NRG”: “Facebook” interneti “udmağa” başlayıb”

Son illərdə internetdə baş verənləri saya almamaq olmaz. Bu barədə İsrailin NRG media qurumu yazır. Belə təəssürat yaranır ki, dünya hörümçək toru tamamilə bir “Facebook”a çevrilib: “Söhbət burada olduqca həyəcanverici təzahürlərdən gedir. Bu gün “Facebook”un bir milyard yarımdan artıq aktiv istifadəçisi var. Burada bir milyard nəfərlik “WhatsApp” istifadəçisini, 900 mlyonluq «Messenger”, 400 milyonluq “İnstaqram” istifadəçisini də qeyd etmək lazımdır.
Dünyada vaxtını internetdə keçirənlərin 14 hissəsi “Facebook”da oturur. Orta statistik amerikalı smartfon yiyəsi hər gün bu sosial şəbəkəyə 42 dəqiqə sərf edir. Gün ərzində “Facebook”da 8 milyarddan çox videoyazıya baxılır.
Bütün qeyd edilənlərə “Facebook”un yaxın illərdə bütün dünyanın internetə sərbəst qoşulmasını təmin edəcək layihəsini də əlavə etmək lazımdır. Təxmin etmək olar ki, söhbət sosial şəbəkənin daha bir neçə milyardlıq potensial iştirakçısından gedir. Biz daim “Facebook”dayıq. Bu isə təbii ki, kommersiya qurumlarını cəlb edir. Onlar öz mallarını orada reklam etmək istəyirlər. Çünki müştəriləri orada daha çoxdur.
Son qiymətləndirmələrə görə, şirkətlərin gəlirlərinin 80 faizi reklamlar nəticəsində ərsəyə gəlir. “Facebook” artıq istifadəçilərin sayına görə “Google”u ötüb keçib. Çünki istifadəçilər məhz “Facebook” vasitəsilə müxtəlif saytlarla tanış olurlar.
Müxtəlif araşdırmalar göstərir ki, yetkin internet istifadəçilərinin yarısı xəbərləri “Facebook” vasitəsilə alırlar. Bu isə bizim informasiya sərfiyyatmızla bağlı kardinal dəyişikliklərdən xəbər verir.
Hər gün biz daha çox passivləşirik: özümüz yeni xəbərləri axtarmaq yerinə sosial şəbəkəyə girərək, həmin xəbərləri oradan oxumaq istəyirik.
Ən böyük xəbər resurslarının çox hissəsi artıq onların saytlarına daxil olanların sayının kəskin azaldığını bildirir. “Nyu York Tayms” qəzeti xəbər verib ki, oxucunun saytda olma vaxtı orta hesabla 4,5 dəqiqə təşkil edir. Onun oxucularının çox hissəsi “FLYBIS” istifadəçiləridir ki, onlar da sayta sosial şəbəkə vasitəsilə konkret bir məqaləyə görə daxil olurlar. Bu məqaləni oxuyandan sonra onlar dərhal xəbər saytını tərk edirlər.
Xəbər saytlarının artıq seçimi qalmayıb. Onlar “Facebook”da aktiv olmağa borcludurlar, yoxsa rəqabətə davam gətirməyib, yox olacaqlar”.
Əlavə edək ki, “Facebook”un media qurumlarına, xəbər saytlarına bu cür təsiri və onları öz nüfuzuna məruz qoyması aysberqin görünən tərəfi ola bilər. Belə ki, “Facebook”un, təqdim edildiyi kimi, təsadüfən - “24 yaşlı bir gəncin” layihəsi kimi ortaya çıxmasını düşünmək və buna inanmaq bir qədər ağlabatan deyil. Bu cür meqa və strateji layihələrin arxasında adətən hansı “görünməz” qüvvələrin durduğu sirr deyil. Bu baxımdan “Facebook”un media qurumlarını bu cür öz qaydaları ilə fəaliyyət göstərməyə vadar etməsi, gələcəkdə media qurumları üçün daha ağır şərtlərlə sonuclana bilər. Özlərini “Facebook”suz tanıtmaq və oxutmağı təsəvvüretməz bir hala düşmüş media qurumları üçün gözlənilən sürprizlər sırasında onlardan hər hansı birinin “arzuolunmaz” elan edildiyi təqdirdə, “Facebook”dan “qovulacağını” da gözləmək olar. Yaxud təsəvvür edin ki, hansısa ölkənin və ya “arzuedilməz qüvvənin”, ya da ölkənin təbliğat ruporu olan xəbər saytı, onun səhifəsinin “Facebook”da yayılması qadağan edilir və həmin sayt və səhifə sıradan çıxarılır...
Məqalədə daha sonra bildirilir: “Belə bir faktı unutmaq olmaz ki, artıq istifadəçilər ciddi kontent axtarmırlar. Saytlara girmə zamanı və sayı gündən günə qısalır və azalır. Sosial şəbəkə iştirakçıları daim “bir dəqiqəlik mütəəssir olmaq” üçün axtarışdadırlar. Belə bir reallıqda xəbər saytlarının yiyələri üçün heç bir şey qalmır, onlar sosial şəbəkə nəhəngləri ilə qarşılıqlı fəaliyyətdə olmaqdan savayı çıxış yolu görmürlər”.
Qeyd edək ki, bu yuxarıda qeyd edilən məqam xəbər saytlarını ciddi və uzun uzadı araşdırma, analitik yazılar yazmaqdan çəkindirir və getdikcə daha “yüyrək”, çox vaxt ciddi təsir bağışlamayan yazılarla çıxış etməyə vadar edir... Yaxud da saytlar “sarı” mövzulara üstünlük verməyə başlayırlar.
Yazıda daha sonra belə bildirilir: “Facebook” daim yeni proqram və imkanlar təklif edir. Son aylarda fasiləsiz yenilənmə axını baş verir. Məsələn, «Instant articles» adlı böyük amerikan saytları ilə birgə layihəni misal çəkmək olar. Proqram çox tez və gecikmə olmadan müxtəlif saytlarda dərc olunmuş mətnlərə keçidi təmin edir.
Son aylarda “Facebook” özünün “Messenger” proqramına çoxlu sayda vasitələr əlavə edib. Məsələn, biznes sahibləri öz müştərilərindən birbaşa olaraq bu proqramla mesajlar ala bilərlər. Digər əlavələrdən biri “Facebook” vasitəsilə birbaşa efir yarfatmaqdır. “Facebook” faktiki olaraq interneti faktiki olaraq udur. İstifadəçilər artıq anlayıblar ki, bu sosial şəbəkədə onlara lazım olan hər şeyi tapa biləcəklər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin...
21.11.2019
Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərlərindəndir
20.11.2019
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi
20.11.2019
Motsartın erkən əlyazması hərracda satıldı
20.11.2019
Yupiterin peyki “Europa”nın atmosferində su buxarı kəşf edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info