Bu il taxıl bol olacaq
Tarix: 21.04.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Bu il yağan yağıntılar nəticəsində taxıl bol olacaq, çünki torpaqlarda nəmlik çoxdur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. Bu il bəzi meyvələrin məhsuldarlığının nisbətən az olacağını deyən E.Əlizadənin sözlərinə görə, aprel ayı ərzində yağan yağışlar tez çiçəkləyən ağacların - alça, şaftalı, gilas və albalının məhsuldarlığına ziyan vurub. Buna görə də bu il onların məhsuldarlığı az olacaq. Amma ümumiyyətlə isə bu il məhsul bol olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ümumilikdə bu ilin birinci rübündə ölkə ərazisinə düşən yağıntıların miqdarı çox olub. Yanvar-fevral aylarında, xüsusilə də yanvarda ölkə ərazisinə düşən yağıntıların miqdarı normadan çox olub. Xatırladaq ki, bu il iyulun 20-dən avqustun 5-dək olan müddətdə Azərbaycanda quraqlığın müşahidə olunacağı gözlənilir. Quraqlığın Kür-Araz ovalığında - Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Kürdəmir, İmişli, Neftçala rayonlarında, Qobustanda və Abşeron yarımadasında müşahidə ediləcəyi proqnozlaşdırılır. Meyvəçilik təsərrüfatının sahibi olan fermer Həsən Həsənov isə Trend-ə bildirmişdi ki, quraqlıq yay meyvələri ilə müqayisədə payız və qış meyvələrinə daha çox təsir edir. Çünki yay ayları ərzində ağaclarda payızda yığılan meyvələr formalaşır. Quraqlıq olduqda isə payız meyvələri susuzluğun təsirindən böyümür, onların keyfiyyətləri azalır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Banqladeşdə binada baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb
17.11.2019
Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
17.11.2019
Müxalifətin Əli İnsanov kimi biriylə işbirliyinə girməsi təkcə dövlətə deyil, xalqa da xəyanətdir
17.11.2019
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
17.11.2019
Türkiyədə yol qəzasında 4 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info