Prezident iranlı nazirə “Dostluq” ordeni təqdim edib
Tarix: 21.04.2016 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev aprelin 21-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı İlham Əliyev Mahmud Vaezinin ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.
Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğuladı.
Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlətimizin başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirdi və ölkələrimiz arasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu dedi. Prezident İlham Əliyev İstanbulda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşdüyünü və bir daha hər iki tərəfin əlaqələrimizin inkişafı ilə bağlı görüləcək işləri müzakirə etdiklərini vurğuladı. Dövlətimizin başçısı İran İslam Respublikasına səfərini də məmnunluqla xatırladı.
Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. Mahmud Vaezi bildirdi ki, ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev ilə İstanbuldakı görüşünü böyük razılıq hissi ilə xatırlayır. O, dövlət başçılarının rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələrin ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdirildiyini vurğuladı.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
23.11.2019
Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
23.11.2019
Baş Nazir Əli Əsədov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirak edib
22.11.2019
Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq“ ordenini təqdim edib
22.11.2019
Rusiya məhkəməsi “Beritan“dərnəyinin fəaliyyətlərini dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info