BANM beynəlxalq konfrans keçirəcək
Tarix: 21.04.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


25-28 aprel tarixlərində Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı keçiriləcək.
Beynəlxalq konfrans ilk növbədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunaraq Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə və səmərəli fəaliyyətinə yüksək qiyməti, bu dahi insanın şəxsiyyətinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirir. Konfransın keçirilməsində məqsəd neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etməkdir.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 59 nəfər mütəxəssis və ekspertlər Bakıya gələcəklər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransa qatılacaq.
Aprelin 25-də keçiriləcək plenar iclasda dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edəcək.
Konfrans öz işini 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam etdirəcək. “Azərbaycanın neft və kimya sənaye sahələrinin inkişafının müasir tendensiyaları”, “Neft-qaz bazarının və Mərkəzi Asiya və Xəzəryanı bazarın makroiqtisadi icmalı”, “Enerji daşıyıcılarla təminat üçün logistika koridorlarının vəziyyətinin və inkişaf perspektivlərinin qiymətləndirilməsi”, “Regionun qaz bazarı”, “Xəzəryanı regionu ölkələrinin neft-qaz sahələrinin icmalı: hasilat, neft emalı, istehlak, idxal, ixrac”, “Regionda neft və neft məhsulları ticarətinin praktiki aspektləri”, “Azərbaycanın neft emalı və neft-kimya sənayesinin inkişafı”, “Xəzər regionu və Mərkəzi Asiya ölkələrinin neft emalı və neft-kimya sahələrinin inkişafı”, “Ən yeni texnologiyalar və istehsalın səmərəsinin artırılması” mövzuları üzrə sessiyalarda müxtəlif məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Beynəlxalq konfransın sessiyalarında dünya bazarında ticarət, logistika üzrə Xəzəryanı və Mərkəzi Asiya regionunda neft-qaz, neft məhsulları və neft-kimya sənayesi məhsulları bazarlarının rolu, region daxilində neft, qaz, neft məhsulları və neft-kimya sənayesi məhsullarının axınlarının icmalı, bu axınları təmin edən əsas dəniz, boru və dəmiryolu logistikası ixrac istiqamətlərinin icmalı məsələləri, neft emalı sənayesi üzrə region ölkələrində neft emalı sənayesinin vəziyətinin texnoloji və
kommersiya analizi, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İranın neft emalı istehsalat sahələrinin inkişafının xüsusiyyətlərinin analizi, Tacikistanda və Əfqanıstanda neft emalının istehsal bazasının yaradılmasının işiqlandırılması, neft emalında yeni texnoloji həllərin icmalı, neft-kimya sənayesi üzrə regionda neft-kimya müəssisələrinin texnoloji vəziyyətinin icmalı, neft-kimya sənayesi məhsullarına tələb və təkliflərin və bu sahənin ixrac potensialının analizi, SOCAR-ın mürəkkəb neft-kimya istehsalat sahələrinin inkişafı sahəsində təcrübəsinin təqdimatı məsələləri müzakirə olunacaq.
Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək
20.11.2019
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verildi
20.11.2019
Sabah da yağış yağacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info