Bir-neçə küçə təmir olunur
Tarix: 21.04.2016 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Xətai rayonunun bir-neçə küçəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-tikinti işləri aparılır. ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda təmir-tikinti işləri Məzahir Rüstəmov və Telnov küçələrində, həmçinin general Əliağa Şıxlinski küçəsinin bir hissəsində aparılır. Məzahir Rüstəmov küçəsinin uzunluğu 1400 metr, eni 14 metr, Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, general Əliağa Şıxlinski küçəsində təmir işlərinin aparıldığı ərazinin uzunluğu isə 500 metr, küçənin eni 14 metrdir. Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə Məzahir Rüstəmov küçəsinin 20 min kvadratmetr sahəsi, Telnov küçəsinin 17 min 500 kvadratmetr sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 7 min kvadratmetr sahəsi asfaltlanacaq. Bundan başqa, təmir-tikinti işləri çərçivəsində piyada səkiləri bərpa olunaraq, asfaltlanır, küçələr boyu yeni səki daşları düzülür. Ümumilikdə Məzahir Rüstəmov küçəsinə 2800 paqonmetr, Telnov küçəsinə 2700 paqonmetr, general Əliağa Şıxlinski küçəsinə isə 1000 paqonmetr səki daşı düzüləcək. Telnov və general Əliağa Şıxlinski küçələrinin kəsişməsində yerləşən dairənin ətrafında da təmir-tikinti işləri aparılır, asfalt-beton örtüyü yenilənir və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənir. Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yağış barmaqlıqları yenilənir.
İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Zəruri olan yerlərdə yeraltı kommunikasiya xətləri yenilənir, yolun hərəkət hissəsindən kənara çıxarılır. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Kəlbəcər rayonunun İstisu qəsəbəsi - VİDEO
28.11.2020
Hikmət Hacıyev və “Qarabağ“ klubu Ağdama gedir
28.11.2020
Ermənilər Laçının neçə kəndini boşaldıb?
27.11.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yaralı hərbçilərlə görüşüb
27.11.2020
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info