“Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” 
Tarix: 22.04.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə MHA-nın sədri Kamran İmanov açıb. O bildirib ki, 23 aprel UNESCO-nun Ümumdünya kitab və müəlliflik hüququ günü, 26 aprel isə Beynəlxalq əqli mülkiyyət günüdür: “Həmin günlərdə keçirilən müxtəlif növ tədbirlərin adətən əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən ibarətdir”.
K. İmanov çıxışında Ermənistanın mədəni hüquqlar modeli haqda da danışıb. O qeyd edib ki, Ermənistan siyasətinin sütunlarında siyasi mifologiya, başqa xalqların torpaqlarına, mədəni irsinə iddialar, etnik təmizləmə və ksenofobiya durur, ermənilərin “əzabkeşliyi”, “müstəsnalığı” və “xüsusi missiyası” təbliğ olunur. K. İmanov əlavə edib ki, erməni saxtakarlıqları daim ifşa olunub və ifşa olunacaq.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarındakı abidələr erməniləşdirilir.
 Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, işğal altındakı Azərbaycan kəndlərinin adları, toponimlər saxtalaşdırılır. 
 Daha sonra tədbir iştirakçıları “Erməniçilik digər xalqların hüquqlarına xələl gətirir” adlı prezentasiya ilə tanış olublar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


25.08 15:25
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info