Türkiyədə “Azərbaycana qardaş dəstəyi” adlı tədbir keçirilib
Tarix: 22.04.2016 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyi tərəfindən 20 may tarixində təşkil olunan “Azərbaycana qardaş dəstəyi” adlı tədbir aksiyası gerçəkləşdirilib. Bu haqda “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib. Cavid Mövsümlünün verdiyi məlumata əsasən tədbir onun tərəfindən dərnək rəhbərliyinə təklif olunub və qəbul edilib. Tədbir əsnasında Ankarada müxtəlif universitet və fakültələrdə təhsil alan Azərbaycanlı tələbələr üçün dərnək tərəfindən 1 günlük rəsmi dairələrə ziyarət görüşləri düzənlənib. İlk olaraq “Yerli Düşüncə” dərnəyinin rəhbərliyi, başda dərnəyin fəxri sədri Türkiyə Prezidentinin baş məsləhətçisi, 63-cü hökumət kabinetinin mədəniyyət və turizm naziri Yalçın Topçu olmaqla, azərbaycanlı tələbələrlə birgə bu ölkədə fəaliyyət göstərən Azərbaycanın rəsmi səfirliyini ziyarət ediblər. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov gələn ziyarətçiləri qəbul edərək çay süfrəsində hamıya bu ziyarətdən və Azərbaycana son olaylardan dolayı dəstək olduqları üçün təşəkkürünü bildirib. Öz növbəsində dərnəyin fəxri sədri Yalçın Topçu da aidiyyəti mövzuda çıxış edərək “Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqları qeyri-şərtsiz və dərhal işğaldan azad edilərək ölkənin ərazi bütövlüyü bərpa edilməlidir”, “Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır” ifadələrini həm səfirliyin nümayəndəliyinə, həm də orada toplanan media qurumlarına çatdırıb. Bunun ardından çıxış edən dərnəyin Azərbaycan təmsilçisi Cavid Mövsümlü səfirə təmsil etdiyi dərnəyin Azərbaycan adına gördüyü işlər və tədbirlər haqqında geniş məlumat verib, qardaş Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrin adından hər zaman Azərbaycan uğrunda savaşmağa hazır olduqlarını diqqətlərinə çatdırıb. Görüş sonunda səfirlikdə Azərbaycanlı tələbələrlə birgə toplu xatirə şəkili çəkilib, dərnəyin dərc etdiyi aylıq eyniadlı jurnalın bütün sayları səfirliyə təqdim edilib. Bunun ardından azərbaycanlı tələbələr dərnək rəhbərliyi ilə birgə Türkiyə Böyük Millət Məclisini ziyarət ediblər. TBMM-də “Yerli Düşüncə” dərnəyinin sədri AKP Ordu millət vəkili Mətin Gündoğdu azərbaycanlı tələbələrlə günorta yeməyində bir araya gəliblər. Yemək zamanı Azərbaycana bu diqqət və qayğıdan dolayı azərbaycanlı tələbələr vəkilə öz təşəkkürlərini bildirib, vəkil Mətin bəy də öz növbəsində hər zaman qardaş ölkəyə göstərilən diqqət və qayğının davamlı olacağını əminliklə ifadə edib. Nahardan sonra TBMM-nin bağçasında azərbaycanlı tələbələri çay süfrəsində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP Adana millət vəkili Nejdet Ünüvar qəbul edib. Azərbaycan-Türkiyə münasibətləri mövzusunda geniş siyasi təcrübəsi olan Nejdet bəy azərbaycanlı tələbələrlə öz bildiklərini bölüşüb, onların suallarını cavablandırıb. Sonda millət vəkili çox yaxın günlərdə 4 günlük müharibədən sonra Azərbaycan ordusunun vermiş olduğu şəhidlərinin dəfn mərasimlərində iştirak etmək üçün Azərbaycana getdiyini və başda Azərbaycan parlamenti olmaqla rəsmi dairələrə başsağlığı verdiyini və hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu ifadə edib. Sonda tələbələrlə birgə xatirə şəkili çəkilib.
Cavid Mövsümlü Azərbaycan adına bu kimi tədbirlərin “Yerli Düşüncə” dərnəyi tərəfindən hər zaman davamlı olaraq görüləcəyini və çox yaxınlarda daha geniş və mötəbər layihələrin həyata keçiriləcəyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
05.08.2020
«Baba bulağı»nın bu günkü işi...
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info