“Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”
Tarix: 25.04.2016 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan zəngin tarixi ənənələrə mail ölkədir. Şərqlə Qərbin qovuşmasında yerləşir və İpək Yolu üzərində yerləşən vacib ölkələrdən biridir. Bütün bunlar mədəniyyətimizə təsir edib, onu tolerant və dialoqa açıq məmləkətə çevirib”. 
Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində təşkil olunan gənclər tədbirində deyib. 
L. Əliyeva Azərbaycanın meşə və çaylarla, dağlarla zəngin, biomüxtəlifliyə malik ölkə olduğunu söyləyib: “Biz Azərbaycanı sevirik. Əminik ki, siz də bunlara görə Azərbaycanı sevəcəksiniz. Dünyada hər saniyə aclıqdan 1 nəfər ölür. Uşaqlar daha tez-tez həyatını itirir. FAO dünyada aclığın aradan qalxmasına çalışır. Biz birlikdə çalışmalıyıq ki, aclıqdan heç kəs ölməsin. Qida çox vacibdir, həm də mədəniyyətlərarası əlaqənin bir komponentidir. Qida təhlükəsizliyi çox vacibdir. Bu baxımdan FAO və BMT-nin Sivilizasiyalar Alyansı vahid fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin edir və mədəniyyətlərarası dialoqu təbliğ edir. Biz İDEA kompaniyasını həyata keçirir. İDEA çərçivəsində son 5 ildə 5 milyondan çox ağac çəkmişik. Yerli icmalarla işləyirik və ağacların kəsilməsinin qarşısını alırıq. Beynəlxalq təşkilatlara əməkdaşlıq qurmağa çalışmışıq. Yeni iştirakçıları öz fəaliyyətlərimizə cəlb etmişik və çalışmışıq ki, bu fəaliyyətlər sıxıcı və üzücü olmasın. Çağdaş cəmiyyət sınaq mərhələsindədir. Bizim həyatımız hər saniyədə dəyişir. Bu gün dünyada hər 15 dəqiqədə bir fil ölür, hər saat minlərlə köpək balığı öldürülür. Elə zamana gəlib çata bilərik ki, bütün heyvan növlərinin nəsli kəsilə bilər. Hamınız ətraf mühitin qorunmasında rol oynaya bilərsiniz. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”. 

Tural




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Sahil qəsəbəsində “Məktəbə Qayıdış“ adlı sosial xeyriyyə aksiyası keçirilib- VİDEO
16.09.2019
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub
16.09.2019
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16.09.2019
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info