“İnsan haqları, inkişaf, sülh və əmin-amanlıq BMT-nin vacib sütunlarıdır”
Tarix: 25.04.2016 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Bu gün BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Gənclər və sosial inkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar" mövzusu ətrafında müzakirələr keçirilib. Müzakirələrdə BMT Baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi bildirib ki, insan haqları, inkişaf, sülh və əmin amanlıq BMT-nin vacib sütunlarıdır: "Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqiçə zonasında yaşayan 600 milyondan çox gənclərlə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq".BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurumun çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən M.Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirib: "Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrlənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq".Qana Gənc Sülh Qurucuları Şəbəkəsinin gənclər üzrə əsas əlaqələndiricisi Rəşid Zubeyru Suriya böhranı dünyada baş verən iqtisadi böhranın ciddi çağırışlar yaratdığını diqqətə çatdırıb. Sosial cəhətdən gənclərin yetişdirilməsinin vaicbliyini vurğulayan R.Zubeyru gənc insanların sülhməramlı fəaliyyətə cəlb edilməsinin gələcəkdə problemlərin həlli üçün əhəmiyyətli silah olacağına əminliyini bildirib.Gənc Sülh Qurucuları Birləşmiş Şəbəkəsinin aparıcı koordinatoru Sölvi Karlson isə vurğulayıb ki, gənc insanlar bəzən yalnışlığa qapılaraq onlara qarşı hər hansı bir kampaniyanın aparıldığını düşünürlər: "Bu, yalnış fikirdir. Gənclər təşkilatları olaraq biz gənclərin belə fikirlərə qapılmasının qarşısını almalıyıq. BMT-nin müvafiq qurumları burada əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamələrin qəbul olunmasına nail olduq. Lakin bu kifayət deyil. Gənclərin üzərinə düşən funksiyaların yerinə yetirilməsinə çalışmalıyıq. Gənclərin hər biri dünyanın müsbətə doğru dəyişməsinə töhfə verə bilər".Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında ölkəmizin müharibə ilə üzləşdiyini ərazilərimizin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb: "Azərbaycanın nüfuzlu beynəlxalq, tədbirlərə ev sahibliyi edir, Bakı artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platformaya çevrilib". F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib: "Biz gənclərimiz ölkəmizi regionu daha da çiçəkləndirməyə çalışır. Biz gənclərin ideyalarının reallaşdırılması üçün alətik. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır. Azərbaycanın gənc kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına çalışırıq. Layihələrimizdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info